Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin yeni kürəkəni kimdir? — FOTOLAR
Tarix: 08-03-2016 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Prezidentin yeni kürəkəni kimdir? — FOTOLAR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan Səlcuk Bayrakdar adlı gənclə ailə həyatı qurmağa hazırlaşır.
Məlumata görə, artıq ailələr arasında razılıq əldə olunub.
Ərdoğanın gələcək kürəkəni Səlcuk Bayradar "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğludur.
Massaçusetts Texnologiya İnstitutunda magistr təhsili alan 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan pilotsuz təyyarələri hazırlayan heyətin rəhbəridir.
Yaxın zamanda cütlüyün nişan mərasimi baş tutacaq.
S.Ərdoğan 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.
Səlcuk Bayrakdarın rəhbəri olduğu şirkət keçən ilin 17 dekabr tarixində Roketsan şirkətinin istehsal etdiyi raketi sınaqdan keçirib. Qurğudan atılan raket hədəfi yüz faiz məhv edib.
Türkiyə prezidentinin gələcək qudası Özdəmir Bayraktardır. O, 1984-cü ildə Bayrak Makinə adlanan şirkəti yaradıb.
Yerli sənayenin inkişafı məqsədi ilə yaradılan şirkət mator, borular, müxtəlif qurğuların istehsalı ilə məşğul olur. 2000-ci ildə şirkət pilotsuz uçan hava qurğularının (İHQ) istehsalına başlamaq istiqamətində addımlar atıb.
Bayraktarın şirkəti pilotsuz idarə edilən qurğu hazırlayıb.
Qeyd edək ki, Ərdoğanın qudası Türkiyədə seçilən iş adamlarındandır.
Prezidentin yeni kürəkəni kimdir? — FOTOLAR
Prezidentin yeni kürəkəni kimdir? — FOTOLAR
Prezidentin yeni kürəkəni kimdir? — FOTOLAR


Xəbəri paylaş

8658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___