Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzində sahibkar güllələndi - YENİLƏNİB
Tarix: 07-03-2016 | Saat: 11:24
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakının mərkəzində sahibkar güllələndi - YENİLƏNİB
Şirinov pulu qaytara bilməyib.

Bakının mərkəzində qətl hadisəsi baş verib.

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “MM” çay evində baş verib.

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir-neçə dəfə zəng edərək pulunu istəyib.

Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb.

V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “MM” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri Ağsu rayon Polis İdarəsinə təhvil veriblər.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

11:02

Bakıda silahlı insident olub.

"Xəbəraz.az " xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtda yerləşən “Odlar Yurdu” çay evində qeydə alınıb.

Çay evinin müştərilərindən Vüqar Şirinov odlu silahdan digər müştəri Murad Qubadova atəş açıb.

Xəstəxanaya yerləşdirilən M. Qubadov orada ölüb.

Hadisəni törədən V. Şirinov hadisə yerindən qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___