Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Allah yoxdur. İndi bu yazışmasına görə o...
Tarix: 06-03-2016 | Saat: 23:03
Bölmə:Karusel / Dünya / M2 / İbadət | çapa göndər

Allah yoxdur. İndi bu yazışmasına görə o...
Rusiyada yaşayan 38 yaşlı Viktor Krasnov internetdə yazıb ki, Allah yoxdur. İndi bu yazışmasına görə o, 1 il müddətinə azadlıqdan məhrum edilə bilər.

2013-cü ildə Rusiyada qəbul edilmiş qanuna görə “vətəndaşların dini inanclarını və ya dini heysiyyatını təhqir etmək” cinayət əməli sayılır.

Həmin mübahisəli qanun rusiyalı qızlardan ibarət qalmaqallı Pussy Riot musiqi qrupunun Rusiyanın mərkəzi kilsəsindəki məşhur etiraz aksiyasından sonra qəbul olunmuşdu. Aksiyada qızlar müqəddəs Məryəmdən ölkəni prezident Vladimir Putinin əlindən qurtarmağı xahiş etmişdilər. Sonradansa həbs olunaraq, hay-küylü məhkəmə işi nəticəsində azadlıqdan məhrum edilmişdilər.

Putin üçüncü hakimiyyəti dövründə Ortodoks Kilsəsini ölkədə mənəvi dəyərlərin keşikçisi kimi təlqin edib. Sözügedən qanunun qəbulu dövlətlə kilsə arasında əlaqələrin getdikcə daha da möhkəmlənməsindən qorxan liberallarda, hüquq müdafiəçilərində və başqa dinə mənsub şəxslərdə dərin narahatlıq yaradıb.

Krasnova qarşı qaldırılmış cinayət işi onun 2014-cü ilin oktyabrında "VKontakte" sosial şəbəkəsindəki bir müzakirədə işlətdiyi cümlə olub. Müzakirə ailənin strukturu və iyerarxiyası mövzusuna həsr olunubmuş. Müzakirədə Dmitry Burnyashev və Aleksandr Kravstov adlı iki başqa istifadəçinin ənənəvi xristian baxışına cavab olaraq Krasnov “Allah mövcud deyil” yazıb. Ancaq “Allah” sözünü düzgün yazmayıb. Bundan başqa, o, Bibliyanı “yəhudi nağıllarının toplusu” adlandırıb.

Bunun ardınca Kravtsov və Buryashev polisə müraciət edib. Dini heysiyyatlarının təhqir olunduğunu bildiriblər. Rusiya İstintaq Komitəsinin yerli bölməsi də bu müraciətdən sonra cinayət işi açıb.

Sova Center təşkilatı Moskvada yerləşən və ekstremist qanunvericiliyin tətbiqi hallarının monitorinqini həyata keçirir. Sova Center hələ 2015-ci il hesabatında bildirmişdi ki, Krasnova qarşı cinayət təqibi onun düşüncə azadlığının pozulması deməkdir.

Təşkilatın rəhbəri Aleksandr Verxovskinin sözlərinə görə, Krasnovun internetdə bildirdiyi fikirlər dini heysiyyatlar qanununa istinad edib cinayət işi açmağa hüquqi əsas vermir.

Krasnov da özünü günahsız hesab edir. Cinayət işini isə absurd adlandırır. Ancaq məhkəmədən bəraət almaq şansına gəlincə, bədbindir: “Bizim Rusiya reallığını göz önünə gətirib, bunun necə bitəcəyini söyləməyə çətinlik çəkirəm. Əgər nəzərə alsaq ki, məhkəmələrdən 100 işin 99-da məhkumluq barədə hökm çıxarmaq tələb olunur, onda deyə biləcəyim çox şey yoxdur”.


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
14-04-2015, 02:02 "Şirin zəhər"in tarixi
6-05-2017, 09:31 Neft bahalaşır

bütün xəbərlər
____ Instagram ___