Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-in "paytaxtı"nda terrorçulara qarşı üsyan başladı
Tarix: 06-03-2016 | Saat: 15:23
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İŞİD-in "paytaxtı"nda terrorçulara qarşı üsyan başladı
Rakka sakinlərinə hökumət qüvvələri də dəstək verir

“İslam Dövləti” (İŞİD) terror təşkilatının özünün paytaxtı elan etdiyi Suriyanın Rakka şəhərinin əhalisi üsyana qalxıb. Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədəSuriyanın dövlət bayrağını qaldırıb.

APA-nın məlumatına görə, “Sputnik” şahidlərə istinadən xəbər verir ki, Rakkanın 5 məhəlləsində binaların üstündə Suriyanın dövlət bayrağı qaldırılıb.

Bundan sonra əhali iki məhəllədə Suriya ordusuna dəstək şüarları ilə kütləvi mitinqə çıxıb.

Mitinq başlayandan sonra nümayişçilərlə İŞİD terrorçuları arasında amansız döyüş başlayıb. Nəticədə Rakka sakinlərinin xeyli sayda terrorçunu məhv etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, martın 5-də şəhərin küçələrində terrorçuların öz arasında güclü atışma baş verib. Terrorçuların əsas qüvvələri 100-dək fərarinin qaçmasının qarşısını almaq üçün şəhərdən çıxışı bağlayıb.

Qeyd edək ki, İŞİD-in paytaxt elan etdiyi Rakka şəhəri Suriyanın şimalında Fərat çayının sahilində yerləşir. Şəhər terrorçular tərəfindən 2013-cü ildə tutulub.

Hazırda Suriya hökumət ordusu kürd silahlıları ilə eyni vaxtda müxtəlif istiqamətlərdən Rakka şəhəri üzərinə hücumlar təşkil edir.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___