Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda məktəblər necə mühafizə olunur?
Tarix: 06-03-2016 | Saat: 11:38
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Azərbaycanda məktəblər necə mühafizə olunur?


Nə qədər acınacaqlı olsa da, son zamanlar məktəblilərlə bağlı cinayət hadisələri artıb. Ekspertlərin fikrincə, uşaqların və gənclərin təhlükəsizliyini təmin etmək üçün ali təhsil müəssisələri, məktəblər, eləcə də uşaq baxçaları ciddi mühafizə olunmalıdır.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, məktəblərdə təhlükəsizliyin təşkil olunması məsələsi barədə bir müddət əvvəl söhbətlər gedirdi. Hətta bir ara bəzi böyük məktəblərdə polis nəzarətçilərinin də təşkil olunması düşünülürdü: "Yaxşı olardı ki, məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır. Ən əsası məktəbin qapısında da etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlardan sorğu-sual etməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz".

Onun dediyinə görə, çox vaxt məktəblilərlə bədbəxt hadisələr məktəbdə deyil, məktəbdən kənar yerlərdə baş verir: "Odur ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər. Uşaq bir neçə gündür dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri "məktəbə gedirəm" adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır".

"Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktbələrin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır" deyən Ağayev əlavə edib ki, məktəblərdə mühafizə deyən kimi, o saat polis yada düşür: "Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Onda məktəblərin təhlükəsizliyi təmin olunacaq".

Müsahibimizin sözlərinə görə, ali təhsil müəssisələrində hər fakültə üzrə növbətçilər olur: "Ümumiyyətlə, ali təhsil müəssisələrində polislər də olur. Ali məktəblərdə mühafizəçilər var və onlar hamısı öz işlərini görürlər. Mühafizə sistemi orta məktəblərdə yoxdur. Demək olar ki, uşaq bağçalarının da mühafizəsi yox dərəcəsindədir. Düzdür, uşaq baxçalarında kameraların yerləşdirilməsi bu səpkidə görünən təqdirəlayiq işdir. Amma yenə də bu məsələlər öz həllini tapmalıdır".

Valideyn Günay Rəhimova məktəblərin mühafizə olunmasını vacib sayır. Onun sözlərinə görə, əksər məktəblərdə bu xidməti ya xadimələr, ya da müəllim heyəti yerinə yetirir. "Həmin şəxslər isə bu sahədə xüsusi bacarıqlara malik olmadığından bu da mühafizənin etibarlı olması barədə şübhə yaradır. Yəni, hər hansı kənar şəxs rahatlıqla içəri daxil ola bilər. Həm də yalnız məktəbin daxili deyil, həyəti də qorunmalıdır. Kənar şəxslər məktəblərin həyətinə belə buraxılmamalıdır".

Qeyd edək ki, ekspertlərə görə, ümumtəhsil məktəblərinin mühafizə polisi ilə təmin olunması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin büdcəsində kifayət qədər vəsait yoxdur. Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeçiliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün Mühafizə İdarəsi tərəfindən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan 137 təhsil müəssisəsinin siyahısı Təhsil Nazirliyinə təqdim edilib. Hazırda həmin müəssisələrin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.


Xəbəri paylaş

8078 dəfə oxunub.

Digər xəbərlər
6-11-2015, 21:12 Sibel Can Bakıda

bütün xəbərlər
____ Instagram ___