Nəsimidə “Kütləvi çıxarış” kampaniyası
Tarix: 06-03-2016 | Saat: 00:24
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin bilavasitə vətəndaşların ünvanına çatdırılması, daha sadələşdirilmiş şəkildə çevik təqdim olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.
Kampaniya çərçivəsində xidmətlərin mobil qaydada ünvanlara çatdırılması, bu sahədə əlçatanlığı, vətəndaşların rahatlığını və xidmətlərdən məmnunluq səviyyəsini daha da artırır.
“Kütləvi çıxarış” kampaniyası növbəti dəfə paytaxtın Nəsimi rayonunda keçirilib. Rayondakı yeni tikilmiş yaşayış binalarının birində 50-yə yaxın mənzil sahiblərinə reyestrdən çıxarış təqdim olunub. Bəzi sakinlərdən isə mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib. “Kütləvi çıxarış” kampaniyası binanın həyətində aparılıb.
Qeyd edək ki, indiyədək Bakının Səbail, Sabunçu, Xətai, Nizami rayonlarında, paralel olaraq regionlarda keçirilən belə kampaniyalardan 6800-ə yaxın vətəndaş faydalanıb.
Kampaniya növbəti həftələrdə də paytaxtla yanaşı, regionlarda davam etdiriləcək. Kampaniyadan faydalanmaq istəyənlər komitənin 148 çağrı mərkəzinə müraciət edə bilərlər.
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

13-11-2017, 15:45
Azərbaycanda döymə vurduranların 75 faizi qadındır - İlin qorxulu xəstəliklərə yoluxduran trendi
15-05-2021, 12:22
Koronavirus insan ömrünü qısaldır - Bioloqdan xəbərdarlıq
7-05-2019, 17:14
Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı
3-06-2021, 17:26
Üç aylıq körpəni binadan atdı - Səbəb dəhşətə gətirir
16-01-2020, 18:54
Vilayət Eyvazov "Bandotdel"ə rəis müavini təyin ETDİ
21-06-2017, 19:45
Özündən yaşca kiçik kişiyə ərə gedən azərbaycanlı məşhurlar - SİYAHI
8-09-2022, 12:31
Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya olacaq? - Açıqlama
21-12-2017, 16:42
"Çukur"un aktrisası yeni sevgili tapdı
19-02-2017, 11:37
Bakıda 12 yaşlı qızı küçəyə atdılar - "Nə qədər yalvarsam da..."+VİDEO