Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR
Tarix: 05-03-2016 | Saat: 20:52
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR


Gəncə Dövlət Dram Teatrı ətrafında gərginlik yenidən alovlanmağa başlayıb.

"Xəbəraz.az "-ın bir müddət teatrdan sıxışdırılaraq Şəki teatrında işləməyə məcbur olduğunu yazdığı aktrisa Kəmalə Məmmədova iki mövsüm oynadığı tamaşadan uzaqlaşdırılıb. Belə ki, türk dramaturqu Turqay Narın əsəri əsasında Elşad Əhmədovun quruluş verdiyi "Şəhrizadın oyunu" tamaşasının yeni əmrində başqa bir aktrisanın-Sevda Orucovanın adı yazılıb.

Dünən aktrisa özü də redaksiyamızla əlaqə saxlayaraq xəbəri təsdiqləyib və bunları deyib:

"Sizin bir müddət öncə yazdıqlarınız həqiqət imiş. Halbuki mən həmin vaxt sizə qarşı kobud davrandım və buna görə üzr istəyirəm. Bu haqda sizə geniş müsahibə verəcəyəm".

Amma maraqlıdır ki, bir neçə dəqiqə sonra Kəmalə Məmmədova yenidən fikrini dəyişib. Bu gün isə teatrda iclas olub və xalq artisti Pərvanə Qurbanova Kəmalə Məmmədovanı bir neçə gün öncə dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyeva ilə müqayisə edib:

"Teatrda İlhamə Quliyevalar yetişir. Götürüb ora-bura zəng vururlar ki, müsahibə vermək istəyirəm. Həmin adam bu gün iclasda iştirak etmir".

Əldə etdiyimiz məlumata görə, K.Məmmədova və tamaşanın rejissoru Elşad Əhmədov bu günkü iclasda iştirak etməyib. Mövzunu davam etdirəcəyik.

Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR
Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR
Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR
Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR


Xəbəri paylaş

1 6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___