Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mənə və qızıma şər atırlar"
Tarix: 04-03-2016 | Saat: 16:03
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

"Mənə və qızıma şər atırlar"


Xalq artisti Aygün Kazımova haqqında çıxan şayiələrdən danışıb.

"Xəbəraz.az "-ın məlumatına görə, müğənni 106.3 FM-də ona qarşı qara piar hazırlandığını deyib:

"Bir dəfə montaj edilmiş şəkillər yaymışdılar: baş mənim, lüt bədən başqasının. Bu yaxınlarda o fotoları yenidən gündəmə gətirdilər. Hətta lüt rəqs edən bir qızın videosunu paylaşıb, mənim övladım olduğu iddia edildi. O görüntüyə baxan hər kəs açıq-aşkar görürdü ki, bu, İlqarə deyil. Mənə və qızıma şər atırlar. Bu yaxınlarda isə xəbər çıxacaq, hamıya qabaqcadan deyirəm. Bir qrup tərəfindən mənə qarşı tələ hazırlanır. Guya mən üzdəniraq qonşularımızla şəkil çəkdirmişəm. Demək istəyirəm ki, erməniyə güllə atan, onlarla dostluq etməz, əylənməz. Bunlara çox gülürəm. Aygün sözünün sinonimi gündəm, reklam, reytinqdir. O xəbərləri çıxaran insanları anlayıram və hallarına acıyıram".

A.Kazımova açıqlama verib sonra onu danan müğənniləri də qınayıb:

"Niyə kameranı, mikrafonu görəndə şirə, aslana dönürlər? Sonra da dediklərini danıb montajçıları, jurnalistləri günahkar edirlər. "Biz deməmişik, jurnalist özündən yazıb, şişirtdib" deyirlər. Cümləni söyləmisən, jurnalist nə etsin? İnsan dananda, bəlkə də, onu bağışlamaq olar. Hərdən özüm-özümü də bağışlayıram".


Xəbəri paylaş

8928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___