DİN saxta saytla azərbaycanlıları soyan dəstəni saxladı (FOTO)
Tarix: 03-03-2016 | Saat: 13:17
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Türkiyə Respublikasının vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirlib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, onlar əlbir olaraq Türkiyə Respublikasında yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta "ucuzsepet.com” veb saytını yaradıblar.
Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyə Respublikasına göndərilib.
Bununla da, saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54 732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

24-03-2016, 09:39
Yavaş-yavaş ölürük, xəbəriniz var?
20-12-2016, 02:21
İnsan orqanları istehsal ediləcək - Qanun
4-08-2017, 10:29
Hüquqşünas polisi qətlə yetirdi – Bakıda qardaş davası - YENİLƏNİB
16-03-2015, 17:42
İŞİD-də döyüşən 6 nəfərlik dəstə MƏHKƏMƏ QARŞISINDA
13-10-2017, 10:59
Hansı məşhurların övladları hərbi xidmət keçib? - SİYAHI
22-04-2016, 00:34
Rusiyanın azərbaycanlı gəlini - Ən varlı məmur xanımı arasında
9-04-2016, 20:52
Popov Qarabağdan danışdı
11-08-2022, 01:28
SON DƏQİQƏ! Bandotdel ƏMƏLİYYAT keçirdi: saxlanılanlar var – VİDEO