Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO
Tarix: 03-03-2016 | Saat: 12:39
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

“Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO
“Vətənpərvərlərdən” biri qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırıb.

Qırğızıstan DİN Moskvada saxlanılan üç vətəndaşın kimliyini müəyyənəşdirib.

"Xəbəraz.az " islamnews-a istinadən xəbər verir ki, onlar Moskvada yaşayan həmvətənləri olan qızları ələ salır, bunu kameraya çəkərək videonu internet şəbəkədə yerləşdirirdilər.

Xatırladaq ki, fevralın 15-də Facebook-da naməlum şəxslərin iki bacıya əl qaldıraraq sorğu-sual etdikləri kadrların əks olunduğu video yayılıb.

Videonun müəlliflərinin qəzəbinə səbəb isə qırğız qızlarının gecə klubuna həmvətənləri ilə deyil, azərbaycanlılar ilə gəlməsi olub.

KİV-in məlumatına görə, hadisə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən “Solo” gecə klubunda baş verib.

“Nədir, kameraya çəkilməkdən utanırsan, amma azərilərlə kafeyə getməyə utanmırsan?”, - oğlanlardan biri deyir. Sorğu-suala tutulanlardan biri qırğızların “onu məyus etdiklərini” və bu səbəbdən də başqa millətin nümayəndələri ilə görüşdüyünü bildirir:

“Görüşdüyüm oğlan qırğız idi. O, rus qızı ilə görüşməyə başladı, indi onlar mənim mənzilimdə bir yerdə yaşayırlar”.

Video “vətənpərvərlərdən” birinin qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırması ilə bitir.

Qırğızıstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, qızları ələ salan üç nəfər saxlanılıb: Moskvada süpürgəçi işləyən T.uulu Z. (27 yaş), fəhlə A.uulu A. (20 yaş) və yükdaşıyan A. Uulu M. (19 yaş).

Qırğızıstan DİN-in nümayəndəsi Rusiyada saxlanılan şəxslərlə profilaktik söhbət aparıb. Onlar törətdikləri əməllərin hüquqi qiymətləndirilməsi üçün hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___