Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zabrat-1 qəsəbəsi istiqamətində hərəkət edən avtobuslarla baglı açıqlama
Tarix: 02-03-2016 | Saat: 22:42
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Zabrat-1 qəsəbəsi istiqamətində hərəkət edən avtobuslarla baglı açıqlama

Martın 1-də nahardan sonra Zabrat-1 qəsəbəsi istiqamətində hərəkət edən avtobusların bir müddət yoxa çıxması ilə bağlı problem araşdırılaraq məsələyə aydınlıq gətirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov bildirib ki, həmin istiqamətdəkı marşrut xətlərinin sahibi ilə əlaqə saxlanılınaraq NİİM-ə dəvət edilib və məsələyə aydınlıq gətirilib:

"Daşıyıcının səlahiyyətli nümayəndəsi bildirdi ki, sakinlərin dediyi kimi 198 saylı marşrutda heç də 3 deyil, mütəmadi olaraq hər gün 8, 148 saylı marşrutda isə 11 avtobus işləyir. Onun sözlərinə görə, ola bilməz ki, avtobuslar bir və daha çox saat ərzində işləməsinlər. Avtobuslar gediş-gəlişi 8-9 dəqiqəlik intervalla ümumilikdə 64 dəqiqə ərzində həyata keçirir. Lakin daşıyıcının nümayəndəsi bildirib ki, ola bilər ki, müəyyən gecikmələr olsun. Onun da səbəbi müəyyən dövlət tədbirləri ilə əlaqədar yol polisi tərəfindən yolların müvəqqəti bağlanması, yolda yaranmış tıxac və ya avtomobil qəzası ola bilər. Hazırda həmin marşrutlar üzrə avtobuslar normal qaydada işləyir, heç bir ciddi problem də yoxdur. Daşıyıcı qeyd edib ki, avtobusların uzun müddət işləməməsi və ya hansısa problemin gizlədilməsi maddi baxımından onlara da sərf edən məsələ deyil".

Qeyd edək ki, sakinlərin Milli.Az-a verdiyi xəbərə görə, martın 1-də nahardan sonra, xüsusən 16-17 radələrində Zabrat-1 qəsəbəsinə marşrut avtobusları işləməyib. Sakinlər bildiriblər ki, 198 saylı marşrutda, onsuz da, cəmi 3 (ən çox olduğu vaxt) avtobus işləyir, bu gün əlavə olaraq həmin istiqamətdə işləyən 148 saylı avtobuslar da "yoxa çıxıb".


Xəbəri paylaş

9728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___