ŞOK: məktəb direktoru qonşusunu bıçaqladı, az sonra ölüsü tapıldı - YENİLƏNİB
Tarix: 02-03-2016 | Saat: 13:25
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Direktorunun meyiti qəbiristanlıqda aşkarlanıb
Bu gün Lerikdə baş verən qanlı hadisə ilə bağlı bəzi detallar məlum olub. Lent.az-ın məlumatına görə, kənd sakinləri bildirib ki, iki ailə arasında əvvələr heç bir münaqişə olmayıb. Bıçaqlanan Seyid Qurbanovla onu bıçaqlayan məktəb drektoru Adil Rəhimovun arasında qohumluq münasibətləri olub. Onların arasında mübahisənin nədən yarandığı hələ ki aydın deyil.
**
12:57
Lerikdə məktəb direktorunun bıçaqladığı şəxsin kimliyi dəqiqləşib. Lənkəran rayon xəstəxanasından verilən xəbərə görə, bıçaqlanan şəxs 1976-cı il təvəllüdlü Seyid Balakişi oğlu Qurbanovdur. O, hazırda rayon xəstəxanasında əməliyyatdadır. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
**
12:33
Lerikdə qonşusunu bıçaqlayan məktəb direktorunun güllələnmiş meyiti tapılıb. Rayon sakinlərindən birinin verdiyi məlumata görə, onun meyiti qəbiristanlıqda aşkarlanıb. Hazırda hadisənin qətl, yoxsa intihar olduğu araşdırılır.
**
Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.
Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

28-07-2018, 11:18
İnfarkt keçirən 64 yaşlı tanınmış bəstəkar VƏFAT ETDI
21-09-2015, 01:35
İŞİD-dən sonra İraqda daha bir radikal qruplaşma meydana gəlib: Şiələrin “Ölüm manqası”
24-05-2020, 18:44
Bayram Səfərovun gedişi yenidən gündəmdə... - İDDİA
2-07-2018, 14:31
Dərnəgül yolunda "Qazel" belə yandı - VİDEO
28-10-2015, 20:09
Gədəbəylilər icra başçısından mətbuata şikayət etdilər: "Aksiylarımız davam edəcək" - FOTOLAR
14-02-2016, 13:00
Uşaqlarımızı ürək qüsurundan necə qoruyaq?
28-08-2016, 14:14
Məşhur jurnalist intihar etdi
11-10-2021, 10:01
“Emiland” şirkəti ölkə qanunları ilə deyil, Hikmət Hüseynovun qanunları ilə işləyir…- ÖZBAŞINALIQ