Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda gözdən əlillər üçün binanın sağlam şəxslərə satılması ilə bağlı qalmaqal
Tarix: 01-03-2016 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda gözdən əlillər üçün binanın sağlam şəxslərə satılması ilə bağlı qalmaqal

"Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev vəzifəyə gələn gündən birliyin bütün əmlakını dağıdıb. Cəmiyyətə məxsus obyektləri, gözdən əlillər üçün tikilən evləri naməlum şəxslərə satıb”.

"Xəbəraz.az "-in məlumatına görə, bu barədə cəmiyyətin üzvləri keçirdikləri mətbuat konfransında bildiriblər. Tədbirdə çıxış edən cəmiyyətin üzvü Kifayət Mürsəliyeva bildirib ki, cəmiyyətin balansında olan istehsal müəssisələri, klublar, mədəniyyət evləri qanunsuz olaraq mülki şəxslərə satılıb. Bakı şəhər icra hakimiyyəti tərəfindən AÇƏC üçün inşa olunmuş binada cəmiyyətin üzvləri olmayan sağlam şəxslər saxta sənədlərlə mənzillər alıblar. Aidiyyəti orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməyib.

"Balayev Tofiq adlı şəxs ev qeydiyyatına 2009-cu ildə durub. Üstündən bir neçə il keçib, ona ev veriblər. Amma cəmiyyətdə 1999-cu ildən qeydiyyatda duran əlillər var ki, onlara ev verilmir”, - deyə Kifayət Mürsəliyeva vurğulayıb.

Cəmiyyətin üzvü, I qrup gözdən əlil Sübhan Məmmədov də bildirib ki, ev qeydiyyatına 2002-ci ildən dayanıb. Dəfələrlə onun növbəsi pozulub və ondan neçə il sonraq qeydiyyata dayanan şəxslərə ev verilib.

"Bununla bağlı Səmiyar Abdullayevin yanında oldum. Mənə dedi ki, "sənin atana borcum yoxdur ki, ev verim”. Məni təhqir etdi və otağından qovdu”, - deyə Sübhan Məmmədov şikayətlənib.

Tədbirdə çıxış edən gənc əlil Elvira Ömərova bildirib ki, internatı bitirdikdən sonra uzun müddət yataqxanada qalıb. Lakin yataqxana əlillər üçün yaşayış binası tikilmək üçün sökülüb. Həmin gündən sonra o, qeyri-yaşayış məntəqəsinə yerləşdirilib. Elvira Ömərova deyir ki, hazırda subay olduğu üçün evlə təmin edilməyib.

"Səmiyar Abdullayevin yanında oldum. Mənə dedi ki, biz subaylara ev vermirik. İndi nə etməliyəm? Ev almaq üçün evlənməliyəm?”, - deyə Elvira Ömərova şikayətlənib.

Məsələyə aydınlıq gətirmək üçün cəmiyyətin sədri Səmiyar Abdullayevlə əlaqə saxladıq. Səmiyar Abdullayev açıqlamasında bildirdi ki, bütün bu deyilənlər reallığı əks etdirmir: "Bir qrup şəxs tərəfindən öyrədilmiş bu insanlar maddi məqsəd güdürlər. Cəmiyyətin ünvanına qarşı söylənilən fikirlərlə razılaşmıram. Biz hər il Maliyyə və Ədliyyə Nazirliklərinə hesabat veririk. Prokurorluğun göstərişi ilə cəmiyyətimizdə Auditorlar Palatası tərəfindən 2 dəfə yoxlama aparılıb, heç bir nöqsan aşkar olunmayıb. Cəmiyyətimiz üçün 132 mənzilli bina tikilir ki, bu da dövlətin bizə göstərdiyi diqqətin nəticəsidir. Hal hazırda AÇƏC-in 30 minə yaxın üzvü var ki, onların çox hissəsi cəmiyyətin işindən razıdır”.

Bakıda gözdən əlillər üçün binanın sağlam şəxslərə satılması ilə bağlı qalmaqal

Sədrin sözlərinə görə, Kifayət xanım uzun müddətdir şantaj xarakterli işlərlə məşğuldur. Həmişə ona qarşı şər və böhtan yaxmağa çalışır.

"Kifayət xanım, bu gün əlilləri aldadaraq öz niyyətini həyata keçirtməyə çalışır. Təbii ki, bu gün biz bütün gözdən əlillərin ehtiyaclarını ödəmək qabiliyyətinə malik deyilik. Bu dövlət qurumu deyil ki, hər hansı bir öhdəlik götürsün və həmin öhdəliyə görə cavabdehlik daşısın. Mənzillərin bölünməsi komissiyanın qərarı əsasında həyata keçirilir. Komissiyada rayon icra nümayəndəlikləri, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin və eyni zamanda bizim cəmiyyətin üzvləri iştirak edir. Evlərin bölgüsü şəffaflıqla aparılır. Bu gün Bakı şəhərində 650 gözdən əlil mənzil növbəsindədir. Hələlik 132 mənzil tikilib. Bu səbəbdən də, bütün əlilləri mənzillə təmin etmək gücümüz yoxdur. Ona görə də, bəziləri çalışırlar ki. nə yolla olursa olsun ev alsınlar. Amma hansı əsasla7 bunu deyə bilmirlər.

Cəmiyyəti sədri bildirib ki, nə Sübhan Məmmədova, nə də digər əlilə qarşı təhqiramiz hərəkət etməyib və ağır söz deməyib. Qurum sədri həmçinin subaylara ev verilməyəcəyilə də bağlı ittihama açıqlama verib. Onun sözlərinə görə, heç vaxt subaylara ev verrilməyəcək kimi ifadələr işlətməyib. Sadəcə hazırda ailə vəziyyəti daha ağır olan əlillərin mənzillərlə təmin edilməsinə çalışırlar.


Xəbəri paylaş

8668 dəfə oxunub.

Digər xəbərlər
28-05-2018, 12:12 Cəbhədə gərgin gecə
15-06-2015, 18:12 150 uşaq anası öldü

bütün xəbərlər
____ Instagram ___