Məşhur səyyah gəmisində, mumiya kimi tapıldı - FOTO
Tarix: 01-03-2016 | Saat: 12:24
Bölmə:Karusel / Hadisə / Maraqlı / M2 | çapa göndər
Filippinli balıqçılar Barobo şəhərinin sahilləri yaxınlığında sahibsiz, okeanda dreyf edən yaxta tapıblar.
12 metrlik SAYO yaxtasına baxış keçiriləndə orada mumiyaya dönmüş cəsəd tapılıb.
"Xəbəraz.az " AsiaOne-a istinadən bildirir ki, həmin şəxs Almaniya vətəndaşı, məşhur səyyah, 59 yaşlı Manfred Frits Bayorat idi.
Manfredin ölüm səbəbləri hələ bəlli deyil. Ekspertlərin dediklərinə görə, cəsədin mumiyaya çevrilməsinin səbəbi Sakit Okeandakı quru küləklər, yüksək temperatur və duzlu havadır.
Manfred Frits Bayorat Filippin sahillərində tufana düşəndə rabitə vasitəsilə fəlakət siqnalı vermək istəyib və elə masanın arxasında ürəktutmadan keçinib. Onun cəsədi də radiotelefon qarşısında oturmuş vəziyyətdə aşkarlanıb.
Manfred Frits Bayorat təcrübəli səyyah idi. O, SAYO yaxtasında 20 il ərzində 500 min mildən artıq məsafəni qət edib.
Onun ötən il keçindiyi bildirilir, çünki Bayorat ötən il Facebook vasitəsilə dostuna mesaj yazmışdı.
Polis səyyahın qətlə yetirildiyini düşünmür. Manfred Frits Bayorat arvadı Klaudia ilə səyahətə çıxırdı. Onlar 2008-ci ildə boşanıblar, 2010-cu ildə isə Klaudia xərçəng xəstəliyindən vəfat edib. Həmin ildən sonra Manfred təkbaşına səyahətə çıxırdı.
Almaniyanın soyuq qışını sevməyən mərhum səyyah həmin aylarda okeanda olmağa üstünlük verirdi.
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

2-10-2017, 10:36
Kataloniyada müstəqillik tərəfdarları qalib gəldi
19-06-2019, 16:48
Zaur Aysuna geyiminə görə QADAĞA QOYDU
6-05-2016, 20:08
Şimali Koreya lideri bu dəfə geyimi ilə gündəmdə - Foto
14-01-2020, 02:10
Bakıda dəhşətli qəza: yük maşını piyadanın üstündən keçdi
10-06-2016, 20:15
Anası haqqında şayiə yayan qohumunu bıçaqladı
7-06-2022, 09:54
Bu tarixdə hava kəskin dəyişir - Hava ilə bağlı XƏBƏRDARLIQ
7-04-2021, 17:20
Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə VƏFAT ETDİ
8-11-2016, 10:37
Dərsə gedən bir uşaq, çıxdı boru üstə qoçaq - VİDEO