Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Putin o xəbəri eşidəndə çox hiddətlənib, generalları toplayıb...”
Tarix: 29-02-2016 | Saat: 15:56
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

“Putin o xəbəri eşidəndə çox hiddətlənib, generalları toplayıb...”
Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Boris Nemtsovun qətlə yetirildiyini eşidəndə hiddətlənib və özündən çıxıb, dərhal bütün güc strukturlarının rəhbərlərini yanına çağırıb.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksandr Venediktov Çeçenistan rəhbəri Ramzan Kadırovun istefaya getmək qərarı barədə bəyanatını şərh edərkən danışıb.

Venediktova görə Kadırovun istefa verməyi qərara alması onun mövqelərinin zəifləməsi il bağlıdır. “Çünki Nemtsovun qətli doğrudan da, mənim bildiyim qədər Putini hiddətləndirib, onu özündən çıxarıb. Həmin gecə bütün “siloviklər” ayağa qaldırılıb, prezidentin yanına çağırılıb. Mənə danışıblar ki, Putin onlara ilan kimi fısıldayıb, qışqırmayıb-fısıldayıb. Boş yerə deyildi ki, cəmi üç gün sonra killeri İnquşetiyada FTX tərəfindən yaxalandı”.

“Exo Moskva”nın redaktorunun fikrincə, dövlətlərdə öldürmək hüququ ancaq bir nəfərdə olur. “Biz hamımız bilirik ki, ABŞ prezidenti Kastro və ya bin Laden kimi adamları aradan götürmək üçün xüsusi order verir, elə deyil? Yəni bu prezidentin hüququdur, dövlət başçısının öldürmək hüququdur. Birləşmiş Ştatlarda da bu hüquq var, Böyük Britaniya baş nazirində də. Əminəm ki, Rusiya prezidentində belə hüququ var, çünki bu ümumi prinsipdir. İndi Nemtsovu öldürməklə bu hüququ onun əlindən almaq istəyirdilər”-Venediktov deyib.

Jurnalistin fikrincə, Putin Kadırovdan bir il əvvəldən narazıdır və indi Çeçenistan rəhbəri Kremldə mövqelərinin zəiflədiyini görür.

Ötən həftə Nemtsovun qətlinin 1 ili tamam olub. Qətlin icraçıları artıq həbsdədir. Rusiya İstintaq Komitəsinin gəldiyi qənaətə görə bu siyasi qətlin sifarişçisi Çeçenistanın “Şimal” batalyonunun döyüşçüsü Ruslan Muhiddinovdur. O, axtarışa verilib, barəsində qiyabi həbs qərarı çıxarılıb.


Xəbəri paylaş

9258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___