Bir gün evdən çıxdı, peşman etdilər
Tarix: 29-02-2016 | Saat: 11:30
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakının Sabunçu rayonunda evdən oğurluq hadisəsi baş verib.
"Xəbəraz.az " anspress-ə istinadən bildirir ki, "Şuşa" şəhərciyi yaxınlığında, yeni yaşayış massivində Abbasov Vüqar Bəhmən oğluna məxsus fərdi yaşayış evi gecə saatlarında qarət olunub. Zərərçəkmiş ev sahibi isə bundan ertəsi gün xəbər tutub.
Özünün dediyinə görə, onlar cəmi bircə gün evdə olmayıblar. Evin bir günlük boş qoyulması isə naməlum oğrular üçün kifayət edib. Baş vermiş hadisə Vüqar Abbasovun rastlaşdığı ilk oğurluq olduğu üçün bunu nəzərə almayıb.
Oğurluğu ilk olaraq qonşular görüb. Onlar səhər saatlarında Abbasovların qapısının-pəncərəsinin açıq olduğunu görüb və ev sahiblərini axtarmağa başlayıblar. Elə Vüqar Abbasov gələndə də qonşularını həyətində görüb. Hətta oğurluq baş verən gecə qonşuluqda yaşayan yaşlı bir kişi evə girən şəxslərlə üzləşdiyini də ona nəql edib. Onun gördüyü bir-iki təfərrüat isə sonradan istintaq üçün də dəyərli olub.
Bundan sonra oğurluqla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Bölməsi də məlumatlandırılıb. Bölmənin əməkdaşlarından və kriminalist ekspertlərdən ibarət əməliyyat qrupu evə baxış keçirib və müvafiq nümunələr götürülüb. Hazırda əməliyyat-axtarış işləri aparılır.
Son günlər Bakıda və ümumilikdə Azərbaycanın müxtəlif bölgələrində evlərdə və mağazalarda oğurluq hadisəsi çoxalıb. Buna insanların pullarını banklara qoymayaraq evdə və obyektlərdə saxlamaları səbəb kimi göstərilir.
Xəbəri paylaş
6168 dəfə oxunub.
Digər xəbərlər

26-05-2017, 11:51
Prezident İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi
5-07-2019, 12:07
Nərimanovda QANLI OLAY: 19 yaşlı gənc 34 yaşlı kişini bıçaqladı
22-07-2019, 07:02
Azərbaycan milli mətbuatı- 144 yaşında
14-11-2016, 23:08
Azərbaycanda işsizlərə pul veriləcək - 4000 MANAT
23-06-2022, 14:21
Binə qəsəbə icra nümayəndəliyi şəhidin abidəsinə və övladına hücum çəkib - VİDEOŞİKAYƏT
22-03-2023, 18:10
Sürücülərin NƏZƏRİNƏ! - Sabah saat 08:00-dan etibarən...
25-05-2016, 18:30
Talibanın yeni lideri danışıqlardan imtina etdi
12-08-2022, 11:57
Bakıda avtomobil şirniyyat mağazasına çırpılıb - FOTO
19-12-2015, 23:44
İlham Əliyevlə görüşdən sonra Sarkisyan Putinlə görüşə uçur