Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övladını diri-diri basdıran qadın tutuldu
Tarix: 28-02-2016 | Saat: 14:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Övladını diri-diri basdıran qadın tutuldu
Tailandda övladını bıçaqladıqdan sonra onu diri-diri basdıran qadın yaxalanıb. Doğan xəbər agentliyi xəbər verir ki, dünyada böyük əks-səda doğran hadisəni törədən qadın ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Polis tərəfindən yaxalanan 42 yaşlı Suda Tonqdi adlı qadın hadisənin istintaqı ilə bağlı olay yerinə aparılıb. O, yeni dünyaya gətirdiyi körpəni hansı şəraitdə bıçaqlayaraq basdırdığını izah edib.

Suda Tonqdi deyib ki, hadisənin baş verdiyi gün əvvəl əri ilə meşəyə odun yığmağa gedib: “Elə orada uşağı doğdum və taxta parçası ilə uşağın göbəyini qopardım. Sonra onu bıçaqla vurdum və tez ölsün deyə plastik parça ilə boğdum, sonra isə tez basdırdım”.


Artıq Tailand xalqı yrin altından sağ çıxarılan uşağa sahiblənib və ona Ay Din adı verilib. Bu ad Tay dilində “Torpağın oğlu” deməkdir. Uşağın yerləşdirildiyi xəstəxanadan bildirilib ki, onun səhhəti artıq normallaşıb və sağalma prosesinin 80 faizi gerçəkləşib. “Torpağın oğlu” indi özünü normal hiss edir və rahat nəfəs alır.

Bu günlərdə yüzlərlə ailə bu uşağı övladlığa götürmək üçün müraciət edib.

Qeyd edək ki, anası tərəfindən diri-diri basdırılan körpə meşəyə odun yığmağa gələn digə şəxslər tərəfindən xilas edilib.
Övladını diri-diri basdıran qadın tutuldu


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___