Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Smartfonlar haqqında 8 MİF
Tarix: 28-02-2016 | Saat: 10:16
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər

Smartfonlar haqqında 8 MİF


Bu gün mobil qurğu istifadə edənlərdən 80 faizdən artığı smartfonlardan istifadə edir. "Xəbəraz.az " faktxeber.com-a istinadənsmartfon və mobil telefonlar barədə geniş yayılan miflər haqqında məlumat verəcəyik.

1. Tətbiqi pozarkən akkumlyatorun ömrünü uzadırsınız

Sən demə smartfonun batareyasının ömrünü uzatmaq barədə ən məşhur tövsiyə mifdən başqa bir şey deyilmiş. Apple Store mağazalar şəbəkəsinin eksperti Skot Lavles bu barədə bildirir ki, operativ yaddaşdan mütəmadi olaraq tətbiqlərin dayandırılması, onları yerində saxlamaqdan daha çox enerji sərf edir.

"Siz tətbiqi yenidən açarkən smartfon onu yenidən yükləməlidir. Ancaq proqramı sadəcə olduğu kimi saxlasaydınız daha yaxşıdır"".

2. Aviarijeim xeyli enerji qənaət edir

Əlbəttə, bu rejim batareyanın enerjisini saxlamağa kömək edir, amma gözlənildiyi qədər də yox. FaktiXeber.com olaraq Sizlərlə maraqlı bir faktı bölüşmək istərdik. Macintosh platforması və onun məhsullarına həsr olunmuş sərgi konfransda batareyaların enerjisinin saxlanılması barədə bir sıra testlər həyata keçirilib. Bunlardan biri də "təyyarə rejimi" idi. Bu rejimdə videoya baxarkən akkumlyator digərlərindən cəmi yarım saat artıq işlədi. Bəlkə də bu, kimlər üçünsə çoxdur, ancaq batareyanın işinin davamiyyəti üçün bu çox kiçik vaxtdır.

3. Ancaq komlektdə olan enerji yükləmə qurğusundan istifadə etmək vacibdir

Texniki ekspert Ken Şirriff bir neçə belə qurğunu sabitlik, keyfiyyət və effektlivliyini yoxlayaraq, onları müqayisə edib. Ən pis qurğular orijinalın pirat versiyası olanlar çıxdı, hansı ki, smartfona ciddi zərər vura bilərlər. Baxmayaraq ki, orijinal yükləmə qurğuları yaxşı nəticələr vermişdi, Şirrif smartfonların hazırlanması ilə heç bir əlaqəsi olmayan Belkin və KMS kimi brendlərin qurğularının da onlardan geri qalmadığını görüb çox təəccüblənmişdi.

4. Smartfonda meqapikselin çoxluğu, şəklin daha yaxşı keyfiyyətinin göstəricisidir

Şəklin keyfiyyətini pikselin yox, kameranın matrisinin ölçüsündən asılıdır. Və smartfon istehsalçıları xarakteristikada bu ölçünü göstərməyə tələsmirlər.

Bununla belə, bir çox hallarda meqapikselin ölçüsünün böyüməsi ilə, istehsalçı həm də kameranın matrisini böyüdür, bu səbəbdən meqapikçselin sayı orientasiyaya yardım ola bilər.

5. Yenidən yükləmək üçün batareya tam boşalmalıdır

Bu tövsiyə smartfonlarda litium-ion akkumlyatorlar istifadə olunmamışdan əvvəl meydana çıxmışdı. Köhnə modellər üçün bu tövsiyə keçərli idi. Çünki bu telefonlarda batareyalar "effektiv yaddaşla" idi, hansı ki bütün həcmi "yaddaşında saxlaması" üçün tam boşalmalıydı.
Bu gün isə smartfonları nə zaman istəsən enerji ilə yükləmək olar.

6. Gecə telefonu enerji qurğusuna taxılı halda saxlamaq olmaz

Bir çoxları əmindirlər ki, uzunmüddətli enerji qurğusuna qoşulu olma smartfonun qızmasına səbəb ola bilər. Ancaq siz çin saytlarında saxta qurğu almayıbsınızsa, bunun qorxusu yoxdur. Enerji yükləmə qurğusu istehsalı ilə məşğul olan Farbe Technik kompaniyasından Şeyn Broeski bildirir ki, müasir smartfonlar akkumlyator dolandan sonra yükləmə prosesini dayandıra biləcək qədər "ağıllıdırlar".

7. Təyyarədə mobil telefondan istifadə etmək olmaz

Müasir təyyarələr yüksək həssas radioqəbuledici naviqasiyaları, həmçinin xüsusi antenaları ilə öyünürlər. Mütəxəssislərin fikrincə, mobil qurğular həqiqədən heyyət üçün əngəllər yarada bilər. Lakin bu, o demək deyil ki, qurğudan bütün uçuş boyu istifadə etmək olmaz. 3000 metrdən yüksəkdə olanda rabitəni bərpa etmək olar. Lakin smartfonun baza stansiyaları ilə rabitəyə təsir etməməsi üçün uçuş və eniş vaxtı söndürülməsi tövsiyə olunur.

Bununla belə, 2013-cü ildə Aviatəhlükəsizlik üzrə Avropa Agentliyi hətta uçuş və eniş vaxtı mobil qurğulardan məhdudiyyətsiz istifadəyə icazə verib.

8. Smartfondan çox istifadə etmək beyin xərçənginə səbəb olur

Bu mif mobil telefonların hələ təzə-təzə meydana çıxdığı və istifadə qaydası geniş ictimaiyyətə məlum olmadığı 1990-cı illərdə yaranmışdı.
"Smartfonların şüalanması" mikrodalğalı sobanın və televiziyanın şüalanması ilə müqayisə olunub. Ancaq son 20 ildə aparılan heç bir araşdırma beyin xəstəliyi ilə mobil şqurğularınistifadəsi arasında əlaqə müəyyən olunmayıb.

Bu mifdən birdəfəlik can qurrmaq üçün sadəcə bunu fikirləşmək kifayətdir ki, müasir dünyada bütün inkişaf etmiş ölkələrin sakinləri smartfon vədigər mobil qurğuların aktiv istifadəçiləridir. Onların hamısı gərək beyin xərçəngindən dünyalarını dəyişəydi, ancaq belə şey baş vermir, bu xəstəliyə əvvəlki kimi gec-gec rast gəlinir.

Bu siyahı ilə tanışlıqdan sonra topladığınız bütün yanlış məlumatları başınızdan çıxarmağı və bununla da həyatınızı yüngülləşdirməyi tövsiyə edirik.


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___