Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gözaltı torbalardan və qırışlardan qurtulun - MASKALAR
Tarix: 27-02-2016 | Saat: 19:17
Bölmə:Karusel / Qadınlar / Foto-fakt | çapa göndər

Gözaltı torbalardan və qırışlardan qurtulun - MASKALAR
Gözləriniz şişib? Gözaltında nazik cizgilər peyda olub? Aile.lent.az bu yazısında gözlə bağlı yaşanan bu problemlərinizə faydalı olacaq 5 möhtəşəm üsul təqdim edir.
Gözəl gözlər üçün sadə, ucuz və tamamilə təbii formullar!

Soyuq, dehidrasiya, günəş və yaş bu incə cizgilərin yaranmasına səbəb olur. Bununla yanaşı da azca şişkinlik ortaya çıxır.

Aloe vera və üzüm çəyirdəyi yağı

Üzüm çəyirdəyi gözəl gözlər üçün ən yaxşı vasitələrdən biridir. İstənilən marketdə tapılan üzüm çəyirdəyi yağına aloe vera əlavə etmək daha effektli olacaq.
Kremi hazırlamaq üçün sadəcə 1 yemək qaşığı aloe vera, 2 damcı üzüm çəyirdəyi yağı və 1 çay qaşığı arı südü götürün. Bunların hamısını qarışdırın. Yatmadan əvvəl göz ətrafına çəkin və masaj edin.

Zeytun yağı və kakao tozu

Bu qarşım göz ətrafındakı su normasını tənzimləyir və qırışları azaltmaq üçün möhtəşəmdir. Kakao tozu hər yerdə tapılır, həm çox ucuzdur, həm də faydalı. Sadəcə 1 yemək qaşığı kakao tozunu bir neçə damcı zeytun yağı ilə qarışdırın. Bunu təxminən 3 gün saxlayın. Göz ətrafına bununla masaj edin.

Qatıq və yaşıl çay

Şişkin gözlər və gözaltı torbalarla oyandığınız günlərdə bu müalicə üsulundan istifadə edin. Yarım stəkan su ilə yaşıl çay hazırlayın. 2 yemək qaşığı qatıq əlavə edin və yaxşıca qarışdırın. Sonra soyutmaq üçün soyuducuya qoyun. Gözaltı torba və şişkinliklərdən qurtulmaq üçün gözaltına sürtün.


Xiyar və vazelin

İkisi də su normasını tənzimləyən, dərini yeniləyən vasitədir. 2 ədəd xiyarı dilim-dilim doğrayın. Çəngəllə xiyarı vazelinin içində əzərək xəmir halına gətirin. Soyutmaq üçün bir neçə dəqiqəlik soyuducuya qoyun. Səhərlər və yatmadan 10 dəqiqə əvvəl istifadə edin. Böyük fərqi hiss edəcəksiniz. Torbalar aradan qalxacaq və qırışlarınız da azalacaq.


Gül suyu və qatıq

3 damcı gül suyunu 2 yemək qaşığı qatıqla qarışdırın və göz altına sürtün. Göz ətrafındakı qan dövranı sürətlənəcək, dəriniz daha elastik və sıx olacaq.


Xəbəri paylaş

9348 dəfə oxunub.

Digər xəbərlər
3-11-2018, 07:23 Tramp səfəri ləğv etdi

bütün xəbərlər
____ Instagram ___