Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı – FOTO
Tarix: 27-02-2016 | Saat: 12:06
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Kafedə qadın ticarəti açıq şəkildə olub.
Fevralın 2-də 3 polis əməkdaşının bıçaqlandığı “Emin” kafesi bağlanıb.
"Xəbəraz.az " musavat.com-a istinadən xəbər verir ki, kafe artıq bir həftədən çoxdur ki, işləmir.
Xatırladaq ki, polis əməkdaşları kafedə müştərilər arasında baş verən davanı sakitləşdirmək üçün hadisə yerinə getmişdilər.
Lakin polis əməkdaşlarına müqavimət göstərən şəxslər daha sonra onlara bıçaq zərbələri endirmişdilər.
Elə bu hadisə baş verən gün belə, kafe öz fəaliyyətini əvvəlki qaydada davam etdirirdi. Əvvəlki qayda isə kafe kimi yox, əxlaqsızlıq yuvası kimi idi. Sabunçu rayonu ərazisində xüsusi ad çıxaran “Emin” kafesi məhz bu cür fəaliyyəti ilə bilinirdi.
Kafenin əxlaqsızlıq yuvası olması ilə bağlı elə hadisə baş verən günü, sakinlər də kafenin fəaliyyətindən narazılıqlarını bildirərək, burada tez-tez baş verən davalardan narahat olduqlarını qeyd etmişdilər.
Elə polis əməkdaşlarının bıçaqlanması ilə nəticələnən dava da bu kafedə baş verən yüzlərlə insidentdən biri idi. Kafedə tez-tez yüngül həyat tərzi sürən qadınlara görə davalar baş verirdi.
Kafedə səhər saatlarından gecənin gec saatlarına qədər qadın ticarəti açıq şəkildə davam edirdi. Bu vəziyyətlə bağlı yaxınlıqda yaşayan sakinlər bir neçə dəfə polisə şikayət etmişdilər. Lakin bu vaxtadək heç bir nəticəsi olmurdu.
Nəhayət ki, bu hadisə kafenin bu cür fəaliyyətinə son qoyub. Belə ki, bir neçə gün əvvəl kafeyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar kafenin bağlanması ilə bağlı göstəriş veriblər. Artıq bir həftədən çoxdur ki, kafe bağlanıb.
Ətrafda olan mağazalarda çalışanlar deyirlər ki, polis əməkdaşları gəlib, kafeni bağlayandan sonra obyektə heç kim gəlmir. Biz də ərazidə olarkən kafedə və ətrafda heç kimi görmədik. Ətrafda yaşayan sakinlər də kafenin baş verən sonuncu hadisəyə görə bağlandığını bildirdilər.
Xatırladaq ki, kafedə bıçaqlanan polislərdən biri, kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini, polkovnik Əkbər Ələkbərovun oğludur. Polis əməkdaşları 3 saylı Klinik Xəstəxanasına yerləşdirilmişdilər.
Qeyd edək ki, hadisəni törədən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov saxlanılıblar.
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

30-06-2022, 16:59
NURAYIN zamanı azalır,dəstək olaq və onu ölməyə qoymayaq
27-02-2018, 11:16
Əli Həsənov-“Qarşıdurma hər an müharibəyə çevrilə bilər”
26-12-2016, 22:32
İpoteka krediti almaq istəyənlərin NƏZƏRİNƏ
16-01-2017, 12:30
Dilqəm Əsgərovun atası iflic oldu - FOTOLAR
27-04-2015, 14:21
Meyxanaçı Namiq Qaraçuxurlu - Nanə Ağamalıyeva ilə sevgili
25-12-2017, 17:44
"Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqələndirmirik" -Azad Rəhimov
31-03-2018, 12:21
Külək yol təsərrüfatına nə qədər ziyan vurub?
20-08-2022, 11:16
Həkimdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda uşaqlar arasında virus yayılıb, ən çox bu yerlərdən keçir - VİDEO
27-01-2016, 20:30
Prokurorluq 100 vakansiya elan etdi