Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xocalı faciəsinin canlı şahidi: "O qədər çox cəsəd var idi ki..."
Tarix: 26-02-2016 | Saat: 09:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Xocalı faciəsinin canlı şahidi: "O qədər çox cəsəd var idi ki..."


Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets mətbuat konfransı keçirib.

L.Kravets 24 il əvvəl azərbaycanlılara qarşı soyqırımın həyata keçirildiyi Xocalıda gördüklərini tədbir iştirakçılarına çatdırıb.

O qeyd edib ki, keçmiş SSRİ ölkələrinin hamısı üçün kəşməkəşli olan bir dövrdə Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb. Həmin dövrdə o, dinc əhalinin hərbi münaqişə zonasından çıxarılması üçün demək olar ki, hər gün Qarabağa uçuşlar edib.

L.Kravetsin sözlərinə görə, fevralın 27-də idarə etdiyi helikopter Xocalı üzərində uçarkən bir gün əvvəl bu şəhərə hücumdan xəbərsiz olmuş ekipaj dəhşətli mənzərənin şahidi olub. Onlar Ağdam şəhəri istiqamətində, dağın döşündə səpələnmiş dinc əhalinin meyitlərini görüblər və Gəncəyə qayıdaraq yerli hakimiyyət orqanlarını bu haqda məlumatlandırıblar. Ekipaja jurnalistləri hadisə yerinə çatdırmaq tapşırılıb. Ertəsi gün L.Kravets həmin yerə Çingiz Mustafayev və onun iki köməkçisini çatdırıb. Relyefin özünəməxsus çətinlikləri və vaxt qıtlığı ucbatından helikopteri yerə endirmək mümkün olmayıb. Belə ki, sağ qalmış adamları öldürən ermənilərin mülki helikopterə də atəş açması təhlükəsi olub. L.Kravets deyib: "Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün çəkilişi yuxarıdan aparmaq lazım idi”.

Ukraynalı pilot bildirib ki, erməni tərəfinin əhalinin Xocalıdan çıxması üçün dəhliz yaradılması iddiasına baxmayaraq, əslində, Xocalıdan olan dinc əhaliyə xilas olmaq üçün heç bir şans verilməyib, onların hamısını pulemyot atəşi ilə qırıblar.

L.Kravets öz ifadələrini Xocalı ilə bağlı beynəlxalq məhkəmədə şahid qismində təsdiqləməyə hazırdır. Lakin özü dediyi kimi, ona sübutlar gərək deyil, çünki hadisəni gözləri ilə görüb, üstəlik, müvafiq foto və videomateriallar da var.

Tədbirdə "O pilotdur” filminin treyleri nümayiş edilib. Bu film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadovdur.

Mətbuat konfransından sonra Ukrayna Rəssamlar İttifaqı və UABD üzvü Rasim Seydimovun Xocalı soyqırımı mövzusunda rəsmləri nümayiş etdirilib.


Xəbəri paylaş

7178 dəfə oxunub.

Digər xəbərlər
9-07-2015, 12:12 DÜŞMƏN QARDAŞLAR

bütün xəbərlər
____ Instagram ___