“Novruz bayramında əfv gözlənilir”
Tarix: 23-02-2016 | Saat: 15:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağına ümidlər, gözləntilər artıb. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Modern.az saytına bu barədə məlumat verib.
O bildirib ki, hələ 2015-ci il dekabrın sonuna nəzərdə tutulan əfvlə bağlı İşçi Qrupunun müəyyənləşdirdiyi siyahını Komissiyaya təqdim edərək, Prezidentə məktub ünvanlayıblar.
“Hazırda Əfv Komissiyasında kifayət qədər dəyişiklik olub. Ona görə də komissiya üzvlərinin toplanmasını gözləyirik.
Hesab edirik ki, yeni tərkibdə olan Əfv Komissiyası üzvləri kifayət qədər geniş əfvlə bağlı ölkə başçısı qarşısında çıxış edəcəklər. İnanırıq ki, üzümüzə gələn əziz Novruz bayramı ərəfəsində əfv sərəncamı veriləcək və çoxlu məhkum ailələrinə qovuşacaq”.
İşçi Qrupunun digər üzvü Novella Cəfəroğlu da Modern.az saytına deyib ki, Əfv Komissiyasının toplanmasını gözləyirlər:
“Onlar toplaşandan sonra da biz yığışacağıq. Hər halda bayram ərəfəsində əfv gözlənilir”.
Əfv Komissiyasının yeni seçilən üzvü Aynur Sofiyeva saytımıza komissiyanın hələ toplaşmadığını qeyd edib:
“Təyinatımdan iki gün ötüb. Hələ bu məsələlərlə bağlı geniş məlumatım yoxdur. Hər halda Komissiyanın iclaslarından sonra nə isə demək mümkün olacaq”.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

11-08-2015, 15:39
Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO + FOTO
13-04-2016, 15:15
Problemli kreditlərin nəticəsi necə olacaq?
22-08-2023, 14:01
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
10-06-2016, 20:46
Cudi dağındakı PKK-çılar məhv edildi
17-11-2015, 00:15
Ümumdünya premyerasına iki gün qalan film “28 Cinema”da!
26-02-2017, 23:32
Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir!
16-03-2022, 09:06
“Ukrayna Putindən daha çox yaşayacaq”
30-08-2017, 15:07
"3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli
13-12-2017, 17:45
UNESCO QHT Forumunda Ermənistanın provokativ addımları pislənildi