Bakıda maşınından düşmək istəməyən qadını evakuator apardı (VİDEO)
Tarix: 23-02-2016 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər
Bakıda sərxoş qadın sürücü yol polisinə çətin anlar yaşadıb.
"Xəbəraz.az "-in APA-ya istinadla verdiyi məlumata görə, paytaxtın ən böyük prospektlərindən biri olan Neftçilər prospektində maşını sərxoş idarə edən qadının avtomobili saxlanılıb. Polisin qanuni "saxla" əmirinə tabe olmayan "Hyundai" markalı minik maşınının xanım sürücüsü heç nə olmamış kimi yoluna davam etmək istəyib. Amma çox uzağa gedə bilməyib. Polislərin onu saxlamasina səbəb isə, maşının xeyli sayda cərimə borcunun olmasıdır.
Lakin sürücünü maşından düşürmək mümkün olmayıb. Qadını maşından çıxarmaq üçün əraziyə post patrul xidmətinin əməkdaşları da cəlb olunub. Amma xanım nə sənədlərini təqdim edib, nə də avtomobilini tərk edib.
Yoxlama zamanı məlum olub ki, sükan arxasında olan və dayanmadan telefonla danışan sürücü paytaxt sakini 37 yaşlı Viktoriya Vlasovadir. Onun bu cür hərəkətlər etməsi isə sərxoşluq şübhələrini artırıb. Təxminən bir saat aparılan danışıqlar bəhrəsini verməyincə polislər çıxış yolunu maşını ərazidən uzaqlaşdırmaqda görüb. Dayanmadan telefonla danışan zərif cinsin nümayəndəsi avtomobil qarışıq evakuatora qaldırılıb.
Sanki heç nə olmamış kimi özünü sərbəst aparan V.Vlasova avtomobili ilə birgə cərimə dayanacağına aparılıb.
Viktoriya Vlasovanın bütün yoxlamalardan imtina etməsi və yol polisinin əmrinə tabe olmaması onun üçün ağırlaşdırıcı hal hesab edilir.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

3-02-2016, 23:22
“Qadınların qaşlarını almaqları haramdırmı?”- sualına cavab
26-11-2021, 10:40
"30 otaqlı ev tikdirmək istəyirəm" - Rozanın arzusu
8-03-2016, 16:58
Dəlixanalardan qan donduran görüntülər (FOTO)
14-03-2017, 22:13
Bakıda bayram tədbirində insident: dəvə qızı tapdaladı - VİDEO
22-06-2023, 10:35
Zaqataladan sel keçib, Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
22-07-2021, 18:38
Nədir bu "patı"? - 3-4 ilə adamı öldürür
5-01-2019, 17:42
Erməni qız Azərbaycan bayrağı ilə - Foto
27-11-2016, 11:06
Bacısından Fidel Kastroya böyük hörmətsizlik