Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəmkirdə məktəblini ürəyindən bıçaqladılar - YENİLƏNİB - VİDEO
Tarix: 22-02-2016 | Saat: 21:44
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Şəmkirdə məktəblini ürəyindən bıçaqladılar - YENİLƏNİB - VİDEO
Şəmkirdə həmkəndlilər arasında yay aylarında yaranan mübahisə qışda qanla nəticələnib. 18 yaşlı gənc özündən iki yaş kiçik məktəblini bıçaqlayıb.

"Xəbəraz.az " Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 14:30 radələrində Şəmkirin Çaykənd kəndi ərazisində bıçaqlanma hadisəsi baş verib. 18 yaşlı Xəlil Süleymanov şəxsi münasibətlər zəminində 16 yaşlı Vüsal Əhmədovu bıçaqlayıb. Ürək nahiyəsindən və qolundan bıçaq xəsarətləri alan Əhmədov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Əməliyyat olunan məktəblinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Zahid Quliyev - həkim: "Xəstə Əhmədov Vüsal Aqil oğlu bizim xəstəxanamıza döş qəfəsinin sol yarısının daxilə nüfuz edən yarası ilə daxil olub. Xəstə dərhal əməliyyat olunub. Məlum oldu ki, sol ağciyər zədələnib. Daxili qanaxma və şok vəziyyətindədir. Əməliyyat olunub, hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur".

Kənd sakinlərinin sözlərinə görə, tərəflər arasında mübahisə aylardır davam edir. Yayda Vüsal Əhmədovla Süleymanovun qardaşı arasında narazılıq yaşanıb. Aylar sonra Xəlil mübahisəyə bıçağa əl atmaqla son qoyub.

Rövşən Hüseyn - kənd sakini: "Biz də fikirləşirik, bəlkə, hər ikisi bir qızı istəyir, onun üstündə olub. Xeyr, belə deyil. Uşağın özündən soruşdum ki, necə olub, dedi ki, heç nə. Yayda bunun böyük qardaşı ilə bir az mübahisəmiz olub. Yaydan bu vaxtadək bu uşaq mənimlə pis rəftar edir. Buna görə də məni çağırıb vurdu".

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:



Xəbəri paylaş

1 0608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___