Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azəryolservis”in sədri: “Avtovağzalın qarşısında heç bir təhlükə yoxdur”
Tarix: 22-02-2016 | Saat: 15:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Azəryolservis”in sədri: “Avtovağzalın qarşısında heç bir təhlükə yoxdur”

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq çəkilişi planlaşdırılmış yollarda işlər bu il yekunlaşacaq".

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib.

O, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığındakı yolun vəziyyətinə də toxunub: "Özlərini ekspert adlandıran bəzi adamlar həmin yolla bağlı müxtəlif mülahizələr söyləyirlər. O çatlar həmin dövrdə, avtovağzalın tikintisi dövründə avtovağzal binasına qarşı yolun çiyin hissəsində olan torpaq əsaslarının qarşısını almaq üçün istinad divarları tikilmişdi. O istinad divarlarının tikintisində bəzi qüsurlar olmuşdu. Müəyyən dinamik təsirlərdən, yolun kənarında tikilmiş bəzi təpəciklərin suvarılmasının hesabına qrunt suları və o yaşıllıq zonasının suvarılmasından əmələ gələn sular həmin istinad divarı ilə yol əsasının arasında müəyyən drenaj qurğuları olmadığından, çatların əmələ gəlməsinə səbəb olub".

Saleh Məmmədov hazırda sözü gedən ərazidə yenidən sürüşmənin baş verməməsi üçün görülən işlərdən də danışıb: "Artıq ikinci aydır ki, orada istinad divarı yenidən bərkidilir və yaxın günlərdə onun bərkidilməsi tam başa çatdıqdan sonra həmin çatların aradan götürülməsi nəzərə alınacaq. Heç bir qorxu, təhlükə yoxdur orada avtomobillərin hərəkətində. Yəqin siz görürsünüz, o çatlar əmələ gələn gündən orada avtomobillərin hərəkətinə heç bir maneə olmayıb".

Saleh Məmmədov həmin yolda bərkidilmə işlərinin yaxın günlərdə başa çatdırılacağını qeyd edib.

Qeyd edək ki, Azərbaycanda "Avtomobil yol işçilərinin peşə bayramı" münasibətilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra səhmdar cəmiyyətin kollektivi Şəhidlər Xiyabanında xalqımızın müstəqilliyi uğrunda canlarından keçən vətən oğullarının məzarlarını ziyarət edərək, onların ruhuna hörmət və ehtiramlarını bildirib. Sonda "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___