Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Taksilər niyə sarı rəngdə olur?
Tarix: 12-04-2015 | Saat: 21:09
Bölmə:K, Gündəm, Maraqlı, M2 | çapa göndər

Taksilər niyə sarı rəngdə olur?
Biz hamımız taksiləri sarı rəngdə, ağ-qara damalı fərqlənmə nişanı ilə görmüşük və buna bir növ adət etmişik.

Amma indiki dövrümüzdə taksilərin hamısı heç də sarı rəngdə olmur. Müxtəlif rənglərdə müxtəlif cür fərqlənmə nişanları olan taksilərə addım başı rast gəlmək mümkündür. İndiki dövrdə taksilərin standart sarı rəngdə olma adəti yalnız Nyu-Yorkda qorunub saxlanmışdır.

Sarı rəngli taksilər demək olar ki, Nyu-York şəhərinin bir simvolu hesab edilir. Klassik taksilərin sarı rəngli olması Con Xertsın adı ilə bağlıdı, ilk dəfə taksilərin sarı rəngdə olması ideyasını o, irəli sürmüşdür.

Bundan başqa, indi dünyanın hər bir yerində və böyük şəhərlərdə fəaliyyət göstərən avtomobil kiyayəsi də onun ağlının məhsuludur. Amrikanın fəxri və milli dəyəri hesab edilən avtomobil kirayəsini ilk dəfə o, - Con Xerts “Hertz Corporation” adı altında yaratmışdır.

Sual oluna bilər ki, bəs necə oldu ki, adi bir amerikalı az bir müddətdə böyük bir nailiyyətlər əldə etdi? Cavab: Demək olar ki, çox sadə bir üsullarla...

Kasıb bir ailədə dünyaya gəlmiş Con ilk qazancını masın satışından əldə etmişdir. Bu sahədə öz rəqiblərini geridə qoymaq üçün o, çox ağıllı bir üsuldan istifadə etmişdir. O, təzə maşın almaq istəyən müştərilərinə onların köhnə maşınlarını müəyyən edilmiş məbləğə ona təhvil vermək təklifini etmişdir. O zamanlar belə bir alqı-satqı təklifi olmadığı üçün ilk dəfə Con Herts maşın alıcılarına bu təklifi etmişdir. Müştərilərindən ucuz qiymətə aldığı işlənmiş maşınları isə o, sarı rəngə boyadıb, taksi kimi istifadə edirdi. Beləliklə də, Amerikada ilk ictimai taksilər “Yellow Cab” adı ilə belə peyda olmuşdur.

Yenə də belə bir sual ortaya çıxır ki, Con Herts niyə məhz sarı rəngi seçmişdir? Ona məxsus taksilərin digər şəxsi avtomobillərdən seçilməsi üçün. O, dövrlər avtomobillərin əksəriyyəti qara rəngli olurdu. Əsasən də, “Ford” avtomobilləri. Beləliklə də müştərilər sarı rəngli avtomobil görəndə onun taksi olduğunu anlayırdılar.



Sonralar taksilərin sarı rənglənməsi praktikası bütün dünyaya yayılmışdır. Klassik taksi rəngi – sarı rəng hesab edilir. Kimdən taksi haqqında soruşsan onun təsəvvüründə sarı rəngli avtomobil canlanır.

Müasir dövrümüzdə Nyu-York taksilərində 150 ölkədən olan sürücülər fəaliyyət göstərir. Hər bir taksi sürücüsü ingilis dilindən imtahan verməlidir. Nyu-Yorka taksi sürücüsü “ixrac” edən ölkələr arasında liderlik Banqladeşə məxsusdur (23,1%), Pakistan (13,2%), Hindistan (9,3%), Haiti (6,5%), ABŞ-ın özü (5,9%), Misir (4,4%) ... Nyu-York şəhərində çalışan taksi sürücülərinin 1%-ni qadınlar təşkil edir.

Nyu-York şəhərində taksilərin sərnişin daşıması gün ərzində 600.000 nəfər təşkil edir, il ərzində isə 236 milyonu keçir. Sərnişinlərin 70%-i gənclərdən ( 35 yaşadək) ibarətdir. Ən az taksidən istifadə edənlər isə 51-70 yaşınadək olanlardır. Bu da ümumi sərnişinlərin 5%-ni təşkil edir. Nyu-Yorkda taksi istifadəçilərindən aparılan sorğu zamanı məlum olmuşdur ki, kişilər qadınlara nisbətən daha çox taksidən istifadə edirlər.
Taksilər niyə sarı rəngdə olur?



1868 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___