Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
NATO dağılmaq təhlükəsi qarşısında
Tarix: 22-02-2016 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

NATO dağılmaq təhlükəsi qarşısında

NATO Rusiyanın Gürcüstan, Ukraynaya hücum etməsi, Baltik ölkələrini isə təhdid altında saxlaması və nəhayət, heç kimlə hesablaşmadan Suriyaya girməsinə görə sərt tənqid olunur.

Avropa.info xəbər verir ki, NATO-nun Türkiyə-Rusiya böhranı zamanı da "dişsiz" siyasət yürütməsi, bu qurumun mövcudluğuna belə şübhələr yaradıb. Qurum əsas üzvlərindən olan Türkiyəni Suriya məsələsində tək buraxıb və eyni zamanda Ankaranın terrorla mübarizəsinə də dəstək vermir. Artıq dünya mediasında da NATO-nun Rusiya qarşısında "dişsiz" siyasəti tənqid edilir. Avropa mətbuatı Rusiyanın Suriyada NATO-nu test etdiyini vurğulayır.

NATO Rusiya qarşısında səssizdir

Gürcüstan və Ukraynada NATO və Avropa Birliyinin bayraqlarını qaldıran siyasi kəsim , qarşılarında Rusiyanı gördülər. Nəticə etibarı ilə Gürcüstan Abxaziya və Cənubi Asetiyanı, Ukrayna isə Kırımı itirdi. ABŞ və NATO Rusiyanın Gürcüstan ərazilərini 25 ildir işğal altında saxlamasını, Ukraynadan isə Krımı alıb özünə birləşdirməsinə mane ola bilmədi. Burada Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarını da qeyd etmək yerinə düşər. Ermənistanın məhz Rusiyanın aşkar köməkliyi ilə Azərbaycan torpaqlarını işğal etməsi sirr deyil. Doğrudur, Azərbaycan hakimiyyəti Ukrayna və Gürcüstandakı siyasi qüvvələr kimi NATO və Avropa Birliyi bayraqlarına sarılmadı. Azərbaycan hakimiyyəti ABŞ-ın, Qərb ölkələrinin, NATO-nun "dişsiz" siyasətini öncədən planlaşdıraraq, balansılı siyasət xəttinə üstünlük verdi. Hərçənd ki, Azərbaycan həm siyasi, həm də iqtisadi gələcəyini daha çox Qərbə inteqrasiya istiqamətində qurub, amma balans siyasətinin ölkəni Moskvanın təzyiqlərindən xilas olmasına səbəb olduğunu deyə bilərik.

Rusiya Moldova və Baltik ölkələrinə də təzyiqini davam etdirir. Bütün bu imtahanlardan üzüqara çıxan NATO Rusiyanın iştahasını daha da artırdı. Rusiya kimsəni hesaba almadan min kilometrlərlə məsafəni qət edib, Suriyaya girsə də, NATO bütün baş verənləri görməzdən gəlir.

Lüksemburq xarici işlər naziri Con Asselbornun etdiyi son açıqlama isə NATO-nun gələcəyi haqda müzakirələri yenidən gündəmə gətirib. Asselborn deyib ki, Türkiyə Rusiya ilə hərbi gərginliyi gedəcəyi halda, NATO-ya güvənməsin, NATO Türkiyəni dəstəkləməyəcək. Düzdür Lüksemburq NATO-da elə də ciddi dövlət sayılmır və NATO-da ikinci böyük orduya sahib Türkiyə haqqında belə bir fikir bildirməsi qeyri-ciddi görünür.Bütün bununla yanaşı Asselbornun açıqlaması ciddi reaksiyalara səbəb oldu. Avropa mediası bu açıqlamadan sonra, NATO-nun gələcəyinə şübhə ilə yanaşıldığını ifadə edən yazılar dərc etdi.

Hədəf NATO-nu parçalamaqdırmı?

İngiltərə müdafiə naziri Fallon isə ötən həftə Hələbdə hadisələrin sürətlə yeni bir Sarayevo olayının baş verməsinə doğru getdiyini bildirərək, Rusiyanı ittiham edib. Fallon Rusiyanın NATO-nun təhlükəsizliyini ciddi bir şəkildə təhdid etdiyini deyib.

İngiltərənin The Teleqraf" qəzeti isə Rusiyanın Suriyadakı təcavüzkar siyəsətinin Avropanın, xüsusilə də Türkiyənin üzv olduğu NATO-nun təhlükəsizliyinə təhdid olduğunu yazıb. Qəzet NATO üzvlərinin Türkiyəyə dəstək çıxmalı olduğunu yazaraq, Rusiyanın NATO-nun əsaslarını sarsıtmaq istədiyini qeyd edib. İngilis qəzeti iddia edib ki, Rusuyanın əsas istəyi NATO içərisində ixtilaf salaraq, parçalanmaya nail olmaqdır.

Rusiyadan iradə testi, NATO iradəsini ortaya qoya biləcəkmi?

Moskvanın Ankaraya təzyiqini artırmasından narahat olan Qərb diplomatları həyəcan siqnalı veriblər. Bu haqda "Financial Times" qəzeti yazıb. Qəzetə danışan bir NATO səlahiyyətlisi "bizə elə gəlir ki, Rusiya NATO-nun üzvlərinin arxasında durma qabiliyyətini sınayır" deyib.

Qəzetin 16 fevral tarixli manşetində Rusiyanın Suriya siyasəti ilə Qərbi çətin variantlarla qarşı-qarşıya qoyduğu yazılıb. "Putin müharibəyə gətirib çıxarmayacaq yollarla dayandırılmalıdır" deyə qəzetin yazısında qeyd olunur. Yazıda Vaşinqtondan Türkiyəyə açıq şəkildə dəstək verməsi tələb olunur.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___