Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kreditini ödəyə bilməyənlər həbs oluna bilərmi? (ŞƏRH)
Tarix: 22-02-2016 | Saat: 09:59
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Kreditini ödəyə bilməyənlər həbs oluna bilərmi? (ŞƏRH)
"Borclu borcuna görə əmlakı ilə cavabdehdir. Lakin istisnalar da var. Belə ki, Nazirləri Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarı ilə vətəndaşın toxununlmaz əmlakının (məsələn, girov qoyulmamış yeganə ev və s.) siyahısı təsdiq edilib. Əlbəttə, borclunun gəlirinin (əmək haqqı, pensiya və s.) 50%-dək, bəzən isə hətta 70%-dək də olan hissəsi borcun ödənilməsinə yönəldilə bilər. Borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu məbləği toxunulmazdır! Ondan artığı tutula bilər".

"Xəbəraz.az "-in məlumatına görə, bunu hüquqşünas Əkrəm Həsənov Azərbaycanda kredit borcu olanların həbs ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

Hüquqşünasın Azərbaycanda kredit borcu olanların həbs ediləcəyi ilə bağlı yayılan məlumatlara verdiyi şərhi təqdim edirik:

1) Deyir ki, icra məmurunda borclunun qeyri-rəsmi gəliri haqda məlumat varsa, borc həmin gəlirdən tutulur. Qeyri-rəsmi gəlir nədir? Qanunsuz gəlir! Vergidən yayılan gəlir! Təbii, belə gəlir ola bilər. Amma, əvvəla, onu sübut etmək çətin, praktiki cəhətdən mümkünsüzdür! Digər tərəfdən isə, belə gəlirdən ilk növbədə gəlir vergisi tutulmalıdır. Bu isə artıq icra məmurlarının deyil, vergi orqanlarının işidir. Əgər indiyədək vergi orqanları belə halları müəyyən edə bilməyibsə, icra məmurları necə müəyyən edəcək? Bir sözlə, bu, hədədən başqa bir şey deyil!

2) Deyir ki, borclunun üçüncü şəxsdə əmlakı ola bilər və borclu həmin əmlakı borcun ödənilməsi üçün təqdim etməlidir. Görəsən, icra məmuru bunu haradan biləcək, bilsə də, əmlakın borcluya mənsub olmasını necə sübut edəcək? Praktiki cəhətdən mümkünsüzdür! Bir sözlə, yenə də qorxutma alətidir!
3) Deyir ki, guya borcunu ödəyə bilməyəni inzibati, yaxud cinayət məsuliyyətinə cəlb etmək olar. Bu, ağ yalandır! Belə məsuliyyət yalnız borcu qərəzli olaraq ödəməyən şəxslərə aiddir. Yəni imkanı olaraq, borcu ödəməyənlərə. Onun imkanı olduğunu isə sübut etmək lazımdır! Bu da praktiki cəhətdən demək olar ki, mümkünsüzdür! Sadəcə yenə də qorxudur! Ümumən, "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs borca görə azadlıqdan məhrum edilə bilməz!

4) Deyir ki, guya işsiz borclunun məşğulluq orqanında qeydiyyata durmaması və işsizlik müavinəti almaması borcun ödənilməsindən yayınmadır. Bu, artıq hüquqi savadsızlıqdır! Əvvəla, məşğulluq orqanında qeydiyyata durmaq, müavinət almaq, ümumiyyətlə işləmək – vətəndaşın vəzifəsi deyil, hüququdur! "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 4-cü maddəsi məcburi əməyi qadağan edir! Digər təəfdən isə işsizlik müavinətinin məbləği yaşayış minimumundan da aşağıdır! Deməli, vətəndaş onu alsa belə, borc həmin müavinətdən tutula bilməz!

Ümumən isə belə natiqlərə bir sualım da var! Azərbaycanda indiyədək neçə bank bağlanıb, son dövrdə də 7-si bağlanıb. Həmin banklardakı əmanətlərin və digər vəsaitlərin xeyli hissəsi batıb. Həmin pulların yiyəsi olan vətəndaşlar və sahibkarlar da kreditordur! Onların hüquqlarını bəs kim qoruyacaq? Onların borcunu kim qaytaracaq? Bağlanmış bankların sahiblərini də bu borclara görə həbs edəcəksinizmi? Xeyr! Etməyəcəksiz! Elədirsə, qanun hamı üçün qanundur! Ona riayət edin!
P.S. Borclu vətəndaşlara bir də onu bildirmək istəyirəm ki, hüquq ictimaiyyətimiz onların problemlərini daim müzakirə edir, təcrübə mübadiləsi aparır və əlindən gələn yardımı edəcək. Sonuncu dəyirmi masa dünən keçirilib. Eyni zamanda sabahdan etibarən ilk milli antikollektor şirkəti də "Borcunuz – problemimizdir!” şüarı altında fəaliyyətə başlayır. İlk bir neçə günü test rejimində işləyəcək, sonradan isə bütün vətəndaşların qəbulu prosesinə start veriləcək.

Hələlik isə hamıdan xahiş edirəm: hər hansı şəxsin borca görə həbs edilməsi barədə məlumat varsa, mənə bildirin, sənədlərin surətini təqdim edin. Bu kimi halların qarşısını Allahın köməyi ilə kökündə alacayıq!"


Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___