Elnur Nağızadə haqda sənədlər Korrupsiya İdarəsinə göndərilib
Tarix: 19-02-2016 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib. M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.
M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib: “Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”.
Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib.
Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.“Qafqazinfo”
Xəbəri paylaş
8728 dəfə oxunub.
Digər xəbərlər

5-04-2017, 16:50
"Abbas pula görə Bakıdakı toyu qoyub Moskvaya getdi" - qalmaqal
30-07-2020, 17:06
Azərbaycanda koronavirusdan ölənlərin sayı 440-ı ötdü
5-01-2016, 15:04
Artıq bu seryalın fraqmentləri yayıldı VİDEO
30-11-2016, 11:12
Qonaq gedən 2 yaşlı uşaq qaynar qazana düşdü
8-12-2016, 16:22
2017-ci ildə bürcləri nələr gözləyir?
18-02-2016, 23:54
Türkiyə YPG-ni sıxışdırdı
5-08-2016, 00:14
Terror zarafatı acı sonluqla nəticələndi - 11 nəfər... - VİDEO
24-06-2015, 22:24
Mərkəzi Bank kapital çatışmazlığını belə həll edəcək