Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat Hadı Rəcəblinin müdafiəsinə qalxdı
Tarix: 13-03-2015 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Deputat Hadı Rəcəblinin müdafiəsinə qalxdı
“Üstünə çox getməyin”.

Milli Məclisin deputatı Etibar Hüseynov parlamentin sosial-siyasət komissiyasının sədri Hadı Rəcəblinin müəllimlərin iş saatı və maaşı ilə bağlı verdiyi məlum açıqlamaya münasibət bildirib.

[b]Xeberaz.az[/b ] Oxu.az a istinadən xəbər verir ki, millət vəkili bu məsələyə Facebook sosial şəbəkəsində şərh verib:

“Dostlar məni qınayacaqsız bilirəm. Ancaq əmin olun ki, tam səmimi deyirəm. Mənim Hadı Rəcəblidən heç bir asılacağım, qorxacağım yoxdu.

Amma inanın ki, Milli Məclisdəki 125 nəfərin içərisində 5-10 ən çox işləyən, əziyyət çəkən varsa onlardan da biri Hadı Rəcəblidir. O, Milli Məclisin ən ağır komissiyası sayılan sosial- siyasətə rəhbərlik edir. Amma buna baxmayaraq Hadı müəllim bir çoxlarından fərqli olaraq seçicilərə və mətbuata hər zaman açıq olan birisidir”.

Etibar Hüseynovun sözlərinə görə, bu ictimai qınaq Hadı Rəcəblini mətbuatdan uzaqlaşdıra bilər:

“Məncə, bir ehtiyatsız söyləntisinə görə onun üzərinə bu qədər getməyə dəyməz. Üstəgəl o halda ki, yenidən açıqlama verib öz sözlərinə bir daha aydınlıq gətirdi. Amma inanın ki, bu minvalla sonunda o da mətbuatla ünsiyyetinə son qoyacaq. Bu gün 125 deputatın onsuz da azından 100-ü mətbuatla ünsiyyətdən tam və ya qismən yayınır. Məncə, siyahını artırmağa dəyməz”.

Xatırladaq ki, Hadı Rəcəblinin aşağıdakı fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu:

“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___