Bakı metrosu işçi götürür (FOTO)
Tarix: 16-02-2016 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
"Bakı Metropoliteni” QSC-də bir neçə ixtisas üzrə vakant yerlərə qəbul prosesi davam etdirilir.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, fevralın 13-ü "Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.
Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib.
İşə qəbul imtahanını uğurla keçən namizədlər "Bakı Metropoliteni” QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar. Onu da əlavə edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

11-11-2015, 23:51
Belə futbol hakimi görməmisiniz... - fotolar
15-04-2016, 13:13
Parlament MSK-nın yeni tərkibini təsdiqlədi
13-04-2016, 13:50
Qadın qadını bıçaqladı - Kredit borcuna görə
16-07-2017, 11:24
Ölümündən 123 gün sonra əkizlərini dünyaya gətirdi - HEYRƏTAMİZ HADİSƏ
24-07-2017, 10:46
Xırdalanda bina yandı: sakinlər təxliyə edilib
28-03-2017, 20:59
Qadın kimyəvi məhlul içdi - ŞƏMKİRDƏ
22-07-2018, 22:40
İranda zəlzələ: 128 yaralı - YENİLƏNİB
26-12-2017, 12:57
3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə əlaqədə oldu..- Yardımlıda ŞOK OLAY
11-01-2018, 15:56
Rusiya səfirinin qətlində “FETÖ” izi