Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamilə azərbaycanlı qadının qatilinə hökm oxundu
Tarix: 15-02-2016 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Hamilə azərbaycanlı qadının qatilinə hökm oxundu
O, öz günahını etiraf edib.

Nijni Novqorodun Kanavinsk rayonunda hamilə qadını öldürən 50 yaşlı qatilə cəzasının ciddi rejimli koloniyada çəkməklə 13 il azadlıqdan məhrumetmə cəzası təyin edildi.

Bu barədə Rusiya İstintaq Komitəsinin Nijeqorodsk vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Keçən ilin yanvar ayının 3-də Akimov küçəsində yerləşən hündürmərtəbəli binaların birində dəhşətli qətl hadisəsi törədilib. Mübahisəyə səbəb kişinin birinci mərtəbənin girişində içki içməsi olub. Hamiləliyinin son ayında olan qadın onu məzəmmət edib, kişi evə gedərək silahını götürüb və qadının yaşadığı ikinci mərtəbəyə qalxıb.

Qadın qapını bağlamağı bacarsa da, bu cinayətkarın qarşısını almayıb, onun qapıya açdığı güllə qapından keçərək 40 yaşlı qadına dəyib. Aldığı yaradan qadın yerindəcə keçinib.

Qətlə yetirilən şəxs azərbaycanlıların milli-mədəni təşkilatının fəallarından biri Rasim Quliyevin arvadı olub. Yanvar ayında qadının əkiz uşağı dünyaya gəlməli idi.

Ona atəş açan qonşunun silahı qanuni əsaslarla saxlaması müəyyən edilib.

İstintaq zamanı o, günahını tamamən etiraf edib.Oxu.Az


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___