Azərbaycanlı biznesmenin qətlinin TƏFƏRRÜATI
Tarix: 14-02-2016 | Saat: 15:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Rusiyanın Volqoqrad vilayətində iş adamı Zülfüqar Əsədovun qətlinin istintaqı yekunlaşıb və qətlin bir sıra təfərüatları ortaya çıxıb.
Xəbəraz.az anspress-ə istinadən xəbər verir ki, 2015-ci ilin sentyabr ayının 26-da iş adamı Z. Əsədovu qətlə yetirən şəxslər barədə ittiham aktı təsdiq edilib.
Məlumata görə, sui-qəsd Əsədova edilən hücumlardan sayca üçüncüsüdür. Onun qətlə yetirilməsi biznesmenə qarşı 18 iyun 2014-cü ildə törədilmiş sui-qəsdlə əlaqəlidir. 2014-cü ildə iş adamına qarşı törədilən sui-qəsd hadisəsı zamanı 4 nəfər ittiham edilərək onlar barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həmin şəxslərdən 2 nəfəri doğma qardaş və biznesmenin sürücüsü idi. Onu qətlə yetirən şəxs isə həmin sui-qəsdi törədənlərdən birinin əmisi oğlu olub.
İstintaqın versiyasına görə, həmin əmioğlu öz dostuna Zülfüqar Əsədovu qətlə yetirməyi təklif edib. Buna səbəb isə həmin şəxsin qohumunun həbsdə olması olub. Qətl hadisəsi qisas məqəsdi ilə törədilib.
Hadisənin başvermə formasına gəlincə, istintaqın məlumatına görə, qətli törədən iki nəfər əvvəlcə “VAZ” markalı avtomobil kirayələyiblər və maşına oğurluq nömrə taxıblar. Daha sonra biznesmenin evinn qarşısına gələrək ona 9 dəfə atəş açıblar və ərazidən uzaqlaşıblar.
Təqsirli bilinən şəxslər barəsində ittihamnamə təsdiq edilsə də məhkəmənin vaxtı hələlik məlum deyil. Məsələ ilə bağlı ittiham edilənlər və onların hüquq-müdafiəçiləri tərəfindən heç bir şərh verilməyib.
Qətl hadisəsi ötən ilin sentyabrın 26-da gecə qeydə alınıb. Gecə saatlarında azərbaycanlı biznesmen Zülfüqar Əsədova evinin yaxınlığında - 32 saylı binanın qarşısında avtomobilində olarkən atəş açılıb. O, çoxsaylı güllə yarası ilə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, yolda özünə gəlmədən keçinib. Əsədov hadisə vaxtı avtomobilində tək olmayıb. Onun mühafizəçisi də yanında olub. Amma o sağ qalıb. Güllələnən həmyerlimizin Volqoqradda topdan satış ticarət mərkəzində bir neçə ticarət məntəqəsinin sahibi olduğu bildirilir.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

30-05-2019, 11:12
Bu sənədləri qısa müddətdə almaq mümkün olacaq
30-10-2015, 13:02
Bakıda “Milli Ön” terminalını yardılar
10-06-2015, 15:06
85 yaşlı kişi əkiz atası oldu (FOTO)
16-03-2015, 18:10
Məşhurlar İnstaqramda
22-11-2015, 16:00
Məhşur türk müğənnisi yeni klip çəkdirdi FOTO VİDEO
27-09-2023, 13:08
Nar qabıqlarını qurudun, üyüdün və... Tanınmış XALQ TƏBABƏTİ RESEPTİ
25-06-2022, 11:08
Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək
7-08-2015, 10:55
Putin “yandırın” dedi!
23-05-2016, 13:31
Cavid Qurbanov AKP-nin qurultayında -FOTOLAR
17-08-2016, 10:44
Çunayev erməniyə məğlubiyyətinin səbəbini açıqladı - ÇƏKİ