Göyçayda canavarlar qoyun sürüsünə hücum etdi
Tarix: 13-02-2016 | Saat: 11:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Göyçay rayonunda qoyun sürüsü canavar hücumuna məruz qalıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yalman kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Dörd canavar kənd sakinləri Nurlan Cəlalov və Elşən Cəlalova məxsus 10 baş qoyunu parçalayaraq öldürüb, 7 qoyuna isə ağır xəsarət yetirib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar quduzluğa qarşı müalicə olunur.
Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər. Heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər.
Qeyd edək ki, ötən ayın 18-də canavarlar Göyçayın Ləkçiplaq kəndində 7 sakinə məxsus 15 baş qoyunu parçalamışdı.
Xəbəri paylaş
1 5598 dəfə oxunub.
Digər xəbərlər

5-05-2016, 17:11
Yaponiya baş naziri Azərbaycana gəlir
23-05-2018, 22:19
Nuranın keçmiş əri-foto
19-03-2015, 16:55
NATO nümayəndəsi: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir"
18-11-2018, 18:51
İcazəsiz yürüşlə bağlı AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək - RƏSMİ
16-12-2022, 11:21
“Pivə içən kişilər süd verə bilərlər” - Aparıcı Tural
5-09-2020, 19:13
Türkiyə İraqda 320 terrorçunu məhv etdi
28-07-2016, 13:52
Qadını aldadıb evə girdi, bıçaqlayıb qaçdı - BAKIDA
15-02-2023, 14:41
Bakıda avtobus iki piyadanı vurdu - Ölən var
27-11-2015, 15:32
Goranboyda dəhşətli qəza: 4 nəfər ölüb
23-10-2017, 16:31
Azərbaycanda dializ xəstələrinin sayı çoxalıb