Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Telefon kabeli oğurlandı - 4 kənd rabitəsiz və internetsiz qaldı
Tarix: 13-02-2016 | Saat: 11:09
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Telefon kabeli oğurlandı - 4 kənd rabitəsiz və internetsiz qaldı


Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması dörd kəndi rabitəsiz qoyub.

Oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb.

Fevralın 9-da səhər saatlarından telefonların kəsildiyini görən sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, magistral yoldan keçən rabitə xəttinin 200 metrlik hissəsi kəsilərək oğurlanıb.

Kabellərinin kəsilməsi Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərinin 200 sakinini rabitə və internetsiz qoyub.

Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək satıblar.

Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq üçün zəruri olan izləri götürüblər.

Faktla bağlı Lənkəran ŞRP-də araşdırma aparılır, hadisəni törədənlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___