Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əgər bunlar alınsa, turist əlindən tərpənə bilməyəcəyik
Tarix: 13-02-2016 | Saat: 10:39
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əgər bunlar alınsa, turist əlindən tərpənə bilməyəcəyik
Xəzər dənizinin sahilləri turistlər üçün açıq elan ediləcək.

Bu barədə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, ATA ölkədə turizmin inkişafı məqsədilə müvafiq qurumlar qarşısında bir sıra təkliflərlə çıxış edib: "Bu təkliflər həmişə olub, indi də var və onlar heç də mücərrəd deyil, praktikidir. Biz ilk növbədə Xəzər dənizinin potensialından düzgün istifadə etmək və onun turistlər üçün açıq olmasını təklif etmişik. Bu məsələ müsbət həll olunacaq. İnşallah, bu haqda bu yaxınlarda mütləq eşidəcəksiz. Biz təklif etmişik ki, necə ki Türkiyə dövləti Aralıq, Egey, Qara dənizlərinin sahillərində turistlər üçün çox gözəl şərait yaradıb, biz də eləcə Xəzər dənizinin potensialından lazımınca istifadə edək. İlk növbədə Xəzər dənizinin sahil zonası boyu, xüsusilə Nabran və Lənkəran zonasında təmizlik işləri aparılmalıdır. Eyni zamanda, sahilə giriş-çıxış pulsuz olmalıdır. Yalnız əlavə xidmətlər təklif olunanda onlar pulla ola bilər. Əgər pullu olsa, onda turpaketlər də bahalaşa bilər. Biz isə istəyirik ki, turistlərə ucuz məhsul təqdim edək ki, onlar başqa ölkələrə yox, məhz Azərbaycana gəlsinlər".

Əgər bunlar alınsa, turist əlindən tərpənə bilməyəcəyik

M.Ağakərimovun fikrincə, Türkiyə ilə münasibətlər pozulandan sonra Rusiya turistlərinin Azərbaycana gəlmək şansları daha çoxdur: "Lakin burada bir məsələ var. Bu da birbaşa dənizlə bağlıdır. Rusiya, Belarus turistləri Türkiyədə Antalyaya, Misirdə Şarm əl-Şeyxə daha çox niyə gedirdilər? Məhz Aralıq dənizinə görə, sahildə istirahət etməyə görə. Ona görə də biz də dənizətrafı turizm infrastrukturunu lazımi səviyyyə gətirməliyik ki, turistləri bura cəlb edə bilək. Bu olarsa, nəticədə hər şey çox gözəl alınacaq. Biz Azərbaycana daha çox xarici turist cəlb etmək istəyiriksə, mütləq Xəzər dənizin sahilindəki infrastrukturu yeniləşdirməli, sanitar-gigiyenik norma və qaydaları ciddi tətbiq etməliyik. Əgər bunlar alınsa, burada turist əlindən tərpənə bilməyəcəyik".
Bundan əlavə, ATA-da hesab edirlər ki, ölkədə turizmin inkişafı üçün 1-2 ulduzlu otellər, hostellərin, qonaq evlərinin inşası zəruridir: "Bizdə hostellər, demək olar ki, yoxdur. Hostel çoxyerli, yəni 4,5,6 yataq yeri olan mehmanxana növüdür. Ona görə də bunların inşası zəruridir. Bununla bağlı biz uzun müddətdir ki, təklif və tövsiyələrimizi vermişik. Hazırda bununla bağlı işlərin aparılıb-aparılmadığını deyə bilmərəm, amma hələlik ortada heç nə yoxdur. Ucuz hostelllər olarsa, biz Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstandan olan xarici turistləri daha rahat və daha çox cəlb edə bilərik. Belə çox yataq yerli hostellərin regionlarda da olması yaxşı olardı ki, xüsusən yay mövsümündə aztəminatlı yerli turistlər də regionlara istihatə gedəndə orada ucuz qiymətə dincələ bilsinlər. Bunun necə həyata keçirilməsi həm sahibkarlardan, eyni zamanda dövlətin hansı güzəştlər tətbiq etməsindən asılıdır. Çünki sahibkar bunları tikməkdə maraqlı olmalıdır. Əgər onlara sərf etsə, əlbəttə, sahibkarlar da bu işlərə başlayarlar".
Baş katibin sözlərinə görə, eyni zamanda Azərbaycanla vizasız gediş-gəlişi olan ölkələrin turistlərini burada qəbul etmək üçün işlər görülməlidir: "Bir müddət əvvəl yaxşı sərəncam verildi və Fars körfəzi ölkələrinin, eyni zamanda Çin, Yaponiya, Koreya, Sinqapur kimi ölkələrlə viza məsələlərinin sadələşdirilməsi həll olundu. Belə ki, turistlər bu vizanı artıq hava limanlarında ala biləcəklər. Bundan qabaq eyni problem Birləşmiş Ərəb Əmirlikləri ilə var idi. İndi bu məsələ digər ölkələrlə də həllini tapmalıdır".
Bundan başqa, o qeyd edib ki, Arvopa və Asiya ölkələrinin dilləri ilə yanaşı, Azərbaycanın tarixini, coğrafiyasını, etnoqrafiyasını, folklorunu yaxşı bilən ekskursiya bələdçilərinin hazırlanmasına da diqqət artırılmalıdır: "Biz artıq bu işə təmənnasız başlamışıq. İlk məzunlarımız da var və bu işimizi davam etdirəcəyik".

ATA-nin nümayəndəsi əlavə edib ki, indi elə bir zamandır ki, otellər və turizm şirkətləri müflis olmaq istəmirlərsə, tənbəlliyin daşını atmalı və əməkdaşlıqlarını gücləndirməlidirlər: "İşləməyən, müştəriləri cəlb etməyə çalışmayan, yalnız yarışları, simpozium, konfrans və tədbirləri gözləyən şirkət və otellər müflis ola bilər. Onlar fəaliyyətini dövrün tələbinə uyğun qurmalı, ölkəyə daha çox turist cəlb etmək üçün əlavə xidmətlər təklif etməli, maraqlı turpaketlər, marşrutlar hazırlamalıdırlar. Turizm şirkətləri və otellər bir-biri ilə sıx əlaqədə işləməlidirlər. Ayrı-ayrılıqda təcrid olunmuş formada işləmək olmaz. İndi elə bir iqtisadi vəziyyət yaranb ki, hamı bir-birinə kömək etməli, dəstək olmalı, öz təkliflərini verməli, Azərbaycana daha çox turist cəlb etməyə çalışmalıdır".


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___