Evli kişinin hamamda başqa qadınla meyiti tapıldı — FOTOLAR
Tarix: 12-02-2016 | Saat: 16:41
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub.
Xəbəraz.az anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma, hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.
Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görərərək dərhal polisə xəbər verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.
Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir.
Çəkiliş qrupu hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildiriblər ki, onlar dəm qazından boğulublar.
Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı elə ola bilməzdi".
Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib.
Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb.
Xəbəri paylaş
7258 dəfə oxunub.
Digər xəbərlər

10-03-2021, 18:51
Şoyqu erməni həmkarı ilə hərbi məsələlərdən danışdı
27-10-2017, 13:53
"Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?"a MTRŞ-dən sərt ETİRAZ
29-08-2019, 19:29
Aleksey Qonçaruk Ukraynanın yeni Baş naziri seçilib
18-05-2021, 09:24
Həyatda uğur qazanmış insanlar niyə hər gün eyni paltarları geyinirlər?
9-06-2017, 16:26
Bu qız 6 manata görə həbsxanaya düşdü - HAMI ONDAN DANIŞIR
10-08-2023, 20:23
10 yaşlı qıza toy etdilər - Tükürpədən səbəb
6-10-2015, 13:43
Yeni rektor 6 dekanı işdən çıxardı
8-02-2018, 12:34
Anarın makiyaj etdiyi üzü yanan qadına xarici həkimlərdən təklif
7-08-2015, 13:57
Ayaqları bir həftəyə arıqlatmaq üsulu - Sadə və maraqlı RESEPT
28-09-2019, 17:12
Bakıda gənc oğlan dəhşətli şəkildə qətlə yetirildi