İtaliyan şirkət Neft Emalı Zavodunu yenidən quracaq
Tarix: 11-02-2016 | Saat: 15:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Fevralın 11-də SOCAR və İtaliyanın "KT-Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.
Xəbəraz.az-in məlumatına görə, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Maire Technimont Group”un vitse-prezidenti, eyni zamanda "KT-Kinetics Technology S.p.A” şirkətinin İdarə heyətinin sədri və prezidenti Gianni Bardazzi, İtaliyanın Azərbaycan Respublikasındakı səfiri Giampaolo Cutillo və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Rövnəq Abdullayev bildirmişdir ki, Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi hal-hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyon tondan 7.5 mln tona artırılması, Katalitik Krekinq qurğusunun gücünün 2 milyon tondan 2.5 milyon tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda "Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsularının istehsalı nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşa edilməsi də daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan "KT-Kinetics Technology S.p.A” şirkəti lisenziar olaraq seçilib. Daha sonra müqavilə imzalanıb.
Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən "KT-Kinetics Technology S.p.A” şirkətinin Biznesin inkişafı üzrə meneceri Michele Colozzi imzalayıblar.
İmzalanma mərasimində qeyd olunmuşdur ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması məqsədi ilə Avstriyanın Poerner, Fransanın Axens, İngiltərənin UOP şirkətləri ilə də müqavilə imzalanıb.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

16-09-2022, 10:52
Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıblar, qadının gözü çıxıb
15-02-2017, 20:07
Afaq Aslan bu dəfə tamam soyundu (VİDEO 18+)
12-09-2017, 17:58
Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır?-Onun adı hansısa çirkli işdə hallanmayıb
1-08-2017, 12:56
Dollar niyə sürətlə ucuzlaşır? - Ekspert
13-04-2017, 16:45
"Space"in aparıcısı işdən çıxdı
16-04-2022, 11:17
Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ
14-11-2016, 15:50
Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTOLAR
22-08-2022, 11:36
Payizda bahalaşma daha sürətli xarakter alacaq - Ekspert
29-04-2018, 14:43
Sabah 21 dərəcə isti olacaq
24-03-2017, 23:26
Cəsarətli paylaşımına 200 min bəyənmə gəldi-Fotolar