İranın ən böyük avtomobil şirkəti Azərbaycanda zavod açmaq istəyir
Tarix: 07-02-2016 | Saat: 18:24
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Cənub qonşumuz ölkəmizdə avtomobil istehsalında maraqlıdır.
İranın ən böyük avtomobil istehsalı şirkəti olan “İran Khodro” (IKCO) Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır.
Xəbəraz.az xəbər verir ki, bunu APA-nın İran müxbirinə açıqlamasında “İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib.
O, ümid etdiyini bildirib ki, İranın özəl şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələ tezliklə həllini tapacaq və əlaqələr güclənəcək.
“Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə “İran Khodro” təmin etsin. “İran Khodro”nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq”.
Fransanın böyük avtomobil şirkətlərinin İrana yatıracaq sərmayələr haqqında danışan H. Y. Zare bildirib ki, Fransanın “Peugeot” şirkəti ilə müştərək şirkət təsis edəcəklər: “Bu şirkətin payının 50 faizi İranın, 50 faizi isə Fransanın olacaq. 4 ildən sonra isə həmin şirkət “İran Khodro” üçün müstəqil zavoda çevriləcək”.
Onun sözlərinə görə, “Peugeot” şirkəti ilə imzalanmış müqavilənin dəyəri 500 milyon avrodur: “Tezliklə 15 min ədəd avtomobilin istehsalına başlanılacaq, gələcəkdə bu rəqəm 200 min ədəd avtomobilə çatacaq”.
H. Y. Zare deyib ki, tezliklə “Fiat” şirkəti ilə də müqavilə imzalamaq məqsədi ilə danışıqlara başlayacaqlar: ““Fiat" müqavilə imzalamağa hazır olduğunu bildirib”.
“İran Khodro” şirkətinin direktoru “Mercedes-Benz” şirkətinin də İran bazarında aktiv iştirak etməyə maraqlı olduğunu vurğulayıb.
O əlavə edib ki, hazırda İranın “Saipa” şirkəti ilə “Renault” şirkəti arasında da danışıqlar gedir: “Bu şirkətlər arasında müqavilə imzalandıqdan sonra “Renault” ilə də əməkdaşlığımızı davam etdirəcəyik”.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

15-01-2016, 12:58
Sevda Kazımovadan cazibədar – FOTOSESSİYA
30-01-2017, 22:38
Hamilə qalmaq üçün ən uyğun dövr... - ƏLAMƏTLƏR
20-10-2016, 00:13
Çində uçan əjdaha heyrət doğurdu – Video
24-02-2017, 10:56
İŞİD İranın adamını öldürdü - Foto
27-11-2015, 12:46
Nardaranda həlak olan polisin kimliyi bilindi
31-03-2017, 10:45
Güclü küləyin sağlamlığa 7 MƏNFİ TƏSİRİ
19-11-2016, 10:45
Obama sonuncu sammitində
26-08-2017, 14:44
Dünya çempionu Hacı, həm də xanəndə imiş... - Vİdeo
13-03-2018, 14:18
Göyçayda ara qarışdırmaq istəyən kimdir?