Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Odessada 32 yaşlı azərbaycanlını öldürdülər
Tarix: 07-02-2016 | Saat: 14:30
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Odessada 32 yaşlı azərbaycanlını öldürdülər

Ukraynanın Odessa şəhərinin Admiralsk prospektində uzun müddətdir orada yaşayan azərbaycanlı qətlə yetirilib

Xəbəraz.az xəbər verir ki, qətl fevralın 6-da gecə baş verib. Azərbaycanlını “Vimpel” barından bir az aralıda öldürüblər. Odessa polisinin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub.

Şahidlər deyiblər ki, 32 yaşlı azərbaycanlı bardan çıxıb, öz “Mercedes”inə oturub, bu zaman ona üç nəfər hücum edib. Hücum edənlər azərbaycanlını avtomobildən sürüyüb çıxarıblar, döyüblər və daha sonra sinəsindən iki bıçaq zərbəsi ilə soyuqqanlılıqla öldürüblər.

“Onlar qorxmurdular ki, birdən kimsə bu cinayəti görər. Yaxınlıqda videomüşahidə kameraları da var, ancaq onlar çəkinmirdilər”, - şahidlərdən biri deyib.

Məlum olub ki, öldürülən azərbaycanlı xeyli vaxtdır Ukrayna vətəndaşlığı daşıyırdı.


Xəbəri paylaş

5538 dəfə oxunub.

Digər xəbərlər
4-10-2017, 12:59 Yağışlar səngiyəcək

bütün xəbərlər
____ Instagram ___