Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Biz stadionu sadəcə toy, nişan, ad günü üçün icarəyə veririk”
Tarix: 07-02-2016 | Saat: 14:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“Biz stadionu sadəcə toy, nişan, ad günü üçün icarəyə veririk”

“Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində türk müğənnisi Ebru Gündeşin səhnəyə çıxacağı həqiqətə uyğun deyil. Bu barədə bizdə heç bir məlumat yoxdur. Düzdür, toy yiyəsi hansı müğənnini istəsə məclisinə dəvət edə bilər”

Xəbəraz.az xəbər verir ki, bunu ans press-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. Onun sözlərinə görə, Ebru Gündeşin toy mərasimində iştirakı gözlənilmir.

“Biz stadionda toy keçirmirik. Biz sadəcə toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər üçün stadionu icarəyə veririk. Burdan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək. Martın 19-da stadionda toy keçirməklə bağlı bir qız bizə müraciət edib. Çılğın futbol azərkeşi olan bu xanım şad gününün futbolla bağlı olması arzusunda olub. Hətta bu barədə qız sosial şəbəkədə status paylaşıb”, - deyə C.Mehdiyeva bildirib.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___