Cəlilabadda maskalıların oğurladığı gənc tapılıb – ŞOK TƏFƏRRÜAT/FOTO
Tarix: 06-02-2016 | Saat: 18:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Cəlilabad rayonunda maskalı şəxslər tərəfindən qaçırılan gənc bir gündən sonra yaşadığı ərazinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb.
"Report"un məlumatına görə, hadisə rayonun Stansiya adlanan ərazidə qeydə alınıb. Belə ki, 20 yaşlı Radil Mirzəyevə naməlum şəxslər hücum edib. Həmin şəxslər tərəfindən döyülərək huşsuz hala düşən R.Mirzəyev yaxınlıqdakı yarımtikilidə bir gün saxlanılıb. Yaşadığı evdən bir qədər aralıda tapılan R.Mirzəyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Xəstəxanadan "Report"a bildirilib ki, Radil Mirzəyev döyülərək bədəninin müxtəlif nayihələrindən xəsarətlər alıb: "Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bədən və baş nahiyəsindən xəsarət alıb. Radil Mirzəyevin baş nahiyəsində iynə izi aşkarlanıb. Xəstə baş nahiyəsinə həmin şəxslər tərəfindən iynə vasitəsilə naməlum maye vurulduğunu bildirir. Həmin mayenin hansı maddə olduğu aparılan ekspertizadan sonra məlum olacaq".
Zərərçəkən Radil Mirzəyev ona hücum edənlərin dörd nəfər maskalı şəxs olduğunu bildirib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Həmin şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

7-03-2016, 12:21
Aygün Namiqə görə intihara cəhd edib?
2-07-2018, 16:03
Tatlısəsi ölümlə hədələdilər - Polisə müraciət etdi
5-07-2016, 11:06
Kadırov Türkiyədən “çeçen terrorçuları” geri istədi
21-10-2020, 15:28
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdü
9-08-2015, 18:08
Əli Həsənov: Rasim Əliyevin vəfatı xüsusi nəzarətə götürülüb
30-09-2021, 10:56
Musa Abbasovun Neftçilər xəstəxanası can ala-ala gedir...- Qiymətlər isə kəllə-çarxa qalxıb
11-05-2018, 17:57
"Səhnəmizin üz qarası, bir ayda üç kişi dəyişən" - Şəbnəm Tovuzlu efirdə təhqir edildi
26-03-2016, 17:21
Türkiyə prezidenti Azərbaycanla bağlı protokolu təsdiqlədi
3-04-2015, 20:50
Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb
14-04-2016, 14:23
Rəmiş: “Qardaşımla küsülüyəm, qızlarımı bağışlamayacam” - MÜSAHİBƏ