Azərbaycanlı iş adamı dünya milyaderləri arasında
Tarix: 03-02-2016 | Saat: 23:11
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
“Bloomberg” agentliyi dünyanın ən varlı 200 insanının adını açıqlayıb
Həmin siyahıda azərbaycanlı da var.
6,5 milyard dollara malik “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərov siyahıda 176-cı yerdə qərarlaşıb.
Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinci müavini olub.
1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir.
Siyahıya liderliyi ABŞ-ın “Microsoft” korporasiyasının banisi Bill Geyts edir. Onun sərvəti 78.7 milyard dollar dəyərində qiymətləndirilir. Son yerdə isə almaz hasilatı ilə məşğul olan alman iş adamı Niki Openhemerdir (5,9 milyard dollarla).
“Bloomberg”in siyahısı
200 nəfərlik siyahıda yer alanlardan 18-i qadındır. Siyahının ilk beşliyində aşağıdakı iş adamları yer alıb:
“Bloomberg” ABŞ-a məxsus agentlikdir. 1981-ci ildə Maykl Blumberq tərəfindən yaradılıb. Bu agentlik maliyyə bazarlarının peşəkar iştirakçıları üçün maliyyə informasiyası çatdıran iki aparıcı tədarükçülərdən biridir.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

23-01-2019, 17:26
Çox dərdin dərmanı ARPA SUYU - Hazırlanması və faydaları
11-10-2016, 10:52
BAKIDA ŞOK OLAY: 670 bal toplayan tələbə özünü öldürdü - YENİLƏNİB
20-03-2017, 10:41
Bu gün Azərbaycana bahar gəlir
3-09-2022, 11:33
Lənkəranda avtomobil kanala aşıb, bir nəfər ölüb
23-02-2017, 17:31
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “Xocalını unutmayaq!”adlı tədbir keçirdi-FOTOLAR
28-02-2016, 11:05
“İnter” və “Qarabağ” bərabərliyə qaldılar - VİDEO
23-06-2022, 13:55
Sabaha olan hava durumu açıqlandı
1-08-2015, 14:11
Şadlıq evində inanılmaz hadisə - Bəy gəlini təpiklə vurdu - VİDEO
16-03-2017, 17:52
Beşinci dəfə evlənən türk aktyorun toyundan-Fotolar
15-09-2015, 09:54
Rayon avtomobillərinin Bakıya girişinə qadağa qoyuldu?