Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hökumətlərarası İşçi Qrupu yaradılacaq
Tarix: 10-04-2015 | Saat: 00:52
Bölmə:Karusel / Dünya / Fotogalereya / Ekskluziv | çapa göndər

Hökumətlərarası İşçi Qrupu yaradılacaq
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Xeberaz.az “Qafqazinfo”nun məlumatına görə xəbər verir ki, görüşdə Şahin Mustafayev qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hökumətlərarası İşçi Qrupunun yaradılmasının və hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir Daud Saba Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb.

Daud Saba ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat vermiş, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılıb.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___