Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Akademik Cəlal Əliyev vəfat etdi
Tarix: 01-02-2016 | Saat: 12:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Akademik Cəlal Əliyev vəfat etdi
Fevralın 1-də uzun sürən xəstəlikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev vəfat edib.

Bu barədə xəbəri APA agentliyi yayıb

Bildirilir ki, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

Cəlal Əliyev 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub.

Onun qardaşlarından biri — Heydər Əliyev — Azərbaycan prezidenti, digər iki qardaşı isə — Həsən Əiyev və Aqil Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.

1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə seçilib.

Qeyd edək ki, Mərhum akademiklə vida mərasimi keçiriləcək.

Fevralın 1-də dünyasını dəyişmiş görkəmli ictimai xadim, dünya şöhrətli Azərbaycan alimi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Cəlal Əliyevlə vida mərasimi bu gün saat 14:00-da Milli Elmlər Akademiyasının əsas binasında keçiriləcək.

Qurumdan daxil olan məlumatda qeyd olunur ki, mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.


Allah rəhmət eləsin!


Xəbəri paylaş

9058 dəfə oxunub.

Digər xəbərlər
31-10-2017, 15:45 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___