Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada terror aktına görə azərbaycanlı ömürlük həbs cəzası aldı
Tarix: 30-01-2016 | Saat: 18:08
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Rusiyada terror aktına görə azərbaycanlı ömürlük həbs cəzası aldı
Məhkəmə dörd terrorçunun cəzasını yumşaldıb.

Məhkəmə 2013-cü ildə dekabr ayının 27-də axşam saatlarında Pyatiqorskda DAM binasının yaxınlığında baş verən və üç nəfərin ölümü ilə nəticələnən partlayışda günahlandırılan altı fiqurantını təqsirkar bilib.

Xəbəraz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, axtarışlar nəticəsində əslən Azərbaycandan olan bir nəfər, əslən Stavropoldan olan iki nəfər və Dağıstandan olan üç nəfər saxlaınılıb.

M.Atayev və Ş.Abduləzizov üçün ömürlük həbs cəzasını məhkəmə qüvvədə saxlayıb.

İstintaq müəyyən edib ki, terror aktlnl “Xasavurt sektoru” yaraqlılar qrupunun lideri Tural Atayev təşkil edib. O, 2014-cü ilin mart ayının 25-də Dağıstanın Pervomaysk kəndində keçirilən xüsusi əməliyyat zamanı məhv edilib.

Şamil Qazimaqomedov, Maqomed İbrahimov, Rarmzan Xalizov və Vladimir Xalizovun həbs müddətləri azaldılıb. Rusiya Federasiyasının Ali məhkəməsi 2013-cü ildə Pyatiqorskda törədilən terror aktında iştirak edən dörd terrorçu üçün təyin edilən cəzanı yumşaldıb. Dəyişikliklər bir neçə fiquranta qarşı tətbiq edilən RF CM yalnız iki maddəsinə toxunub.

Terror aktından sonra keçən ilin qışında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Murad Atayev, Şamil Abduləzizov, Ramzan və Vladimir Xalizovlar, Maqomed İbrahimov və Şamil Qazimaqomedov saxlanılıblar.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___