Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel – FOTO + VİDEO
Tarix: 30-01-2016 | Saat: 11:21
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel – FOTO + VİDEO
“50 manata görüşürəm, canım. Gedəkmi, aşkım”.

“Günəşli” yolunun üzərində yerləşən “Günəşli” oteli açıq-aşkar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.

Xəbəraz.az Musavat.com-a istinadən xəbər verir ki, təsadüfən bu yoldan keçən insanlar belə, otelin qapısı önündə “müştəri” çağıran qadınların “hücum”una məruz qalırlar.

Otelin qapısının önündə toplaşan qadınlar oradan keçən insanlara intim xidmət təklif edirlər.

Otel adı ilə fəaliyyət göstərən “Günəşli” əslində, pritondur və otelin həyətindəki balaca daxmalarda qadınlar cinsi istismara məruz qalırlar.

Onlardan müştəriləri elə otelin girişində qarşılamaq tələb olunur.

Belə ki, qadınlar həmin yoldan keçən şəxslərə, avtomobillərə yaxınlaşırlar, oteldə belə bir “xidmət”in təklif olunduğunu deyirlər.

Qeyd edək ki, otel yaşayış evlərinin arasında yerləşir. Bu durum həmin ərazidə yaşayan sakinləri də narahat edir.

Ən acınacaqlısı odur ki, otel “fəaliyyət”ə keçmək üçün gecə saatlarını da gözləmir. Yəni günün istənilən saatlarında burada eyni mənzərə ilə qarşılaşmaq mümkündür.

Sakinlərin şikayəti əsasında otelin yerləşdiyi əraziyə baş çəkdik. Deyildiyi kimi, qapının önündə duran 3 qadından biri bizə yaxınlaşaraq, oteldə təklif olunan “xidmət”ləri sadaladı, qiymətin isə 50 manat olduğunu bildirdilər:
“Hər bir xidmətimiz var, VİP otaqlardır. Gedək..? 50 manata görüşürəm. İstəyirsinizsə, otelin həyətinə gedək. Otelimiz də superdir”.

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz
. Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel – FOTO + VİDEO
Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel – FOTO + VİDEO
Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel – FOTO + VİDEO
Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel – FOTO + VİDEO


Xəbəri paylaş

8998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___