Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Krediti qaytarmasan, bank zaminə nə edə bilər?
Tarix: 29-01-2016 | Saat: 18:08
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Krediti qaytarmasan, bank zaminə nə edə bilər?
Mütəxəssis yaranan suallara aydınlıq gətirib.

Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin həcmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu məzənnə dəyişikliyindən sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər.

Mərkəzi Bankın məlumatına görə, hal-hazırda borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb. Bunların böyük əksəriyyəti isə istehlak kreditlərindən istifadə edən vətəndaşlardır. Belə ki, 2 milyon 497 min 609 nəfər fərdi borclanandır. Borclanan hüquqi şəxslərin sayı cəmi 11 min 241 şəxsdir. 2 milyondan artıq olan borclanan arasında sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur. Fərdi borclananların sayı ondan xəbər verir ki, hal-hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Yəni, orta hesabla hər bir ailə banka borcludur.

Hal-hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Ölkədə orta hesabla hər 4 nəfərdən birinin banka borcu var və orta hesabla hər 8 nəfərdən biri isə zamindir.


Son günlər kreditlərlə bağlı hər kəsi düşündürən suallara bank üzrə ekspert Əkrəm Həsənov cavab tapmağa çalışıb.

- Əkrəm müəllim, vətəndaş aldığı krediti qaytara bilmirsə, hazırki durumda bank nə edə bilər?

- Krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir. Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər. Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür.

Məsələn, adınıza “kupça”lı (sərəncam əsasında yox) daşınmaz əmlak və ya “texpasport”lu (“doverennost”lu yox) avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar adətən buna girişmir. Adınıza qeyd edilən əmlak olsa belə, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiniz. Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Bank əmlakı satıb pulunu götürməlidir. Banka bu sərf etmir.

- Kredit borcu aylıq gəlirdən tutula bilərmi?

- Əgər gəliriniz rəsmidirsə, kredit aylıq gəlirinizdən tutula bilər. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu o deməkdir ki, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq.

Ona görə də heç nədən qorxmayın. Öz şərtlərinizi diktə edin. Hər şeydən əvvəl özünüzün və ailə üzvlərinizin sağlamlığını, əsəblərini qoruyun. İmkan verməyin ki, bank işçiləri sizi daim narahat etsin. Sözünüzü deyin və tələb edin ki, sizi narahat etməsinlər. Onların sizi və ailənizi bezdirməyə haqqı yoxdur. Riayət etməsələr, polisə müraciət edin.

- Borc qaytarılmasa, zamini hansı təhlükə gözləyir?

- Belə məqamda zamin də borclu kimi hesab edilir. Zamin götürülən borca görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Buna görə də borclunun əmlakı, vəsaiti yoxdursa, yaxud borcu ödəməyə tam imkan vermirsə, bank borcun ödənilməsini zamindən tələb edir. Əgər zamin borcu tam və ya qismən ödəyirsə, borc üzrə tələb hüququ zaminə keçir. Daha sonra zamin borcludan ödənişi tələb edə bilər. Əgər zaminin adına əmlak varsa, özünün və himayəsində olan şəxslərin yaşayış minumundan artıq aylıq gəliri varsa, həmin vəsait zamindən də tutula bilər.

-Borcalan kredit götürən zaman banka hər hansı bir girov qoymayıbsa, borc zaminin əmlakından borc tutula bilərmi?

- Girov yoxdur, amma borcalanın zamini var. Banka girov qoyulsa, belə bank zamindən ödənişi tələb edə bilər. Kimsə kreditə görə zamin durubsa, o şəxs bilsin ki, bank ondan borcu tələb edəcək. Bu, qanunauyğun haldır. Burada bir fərq var. Əgər kreditin verilmə müddəti bitibsə və borclu ödəmirsə, bank bu borcu 3 il ərzində borcludan tələb edə bilər. Bank zamini kreditin verilmə müddəti bitdikdən sonra 1 il ərzində məhkəməyə verərək borcu tələb edə bilər.

-İş məhkəməyə çatanda, zamin hansı məsuliyyəti daşıyır?

- Məsələn, borclunun banka 10 min borcu var və aylıq əmək haqqı 500 manatdır. Himayəsində isə heç kim yoxdur. Məhkəmə qərar çıxarır ki, bu puldan 250 manat tutulsun. Amma zamin də var. Bu halda məhkəmə borcun ödənilməsini zamindən də tələb edə bilər. Yəni, o demək deyil ki, borclunun əmək haqqından tutulur, zamindən tutulmayacaq. Xeyr. Axı, bank bütün borcu tələb edir. Bu halda zaminin də aylıq gəliri varsa, ondan da məhkəmə qaydası ilə vəsait tutula bilər.
Azvision.az


Xəbəri paylaş

8238 dəfə oxunub.

Digər xəbərlər
23-01-2019, 10:35 36 il birlikdə!

bütün xəbərlər
____ Instagram ___