Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Geri çağırılan səfir xalq artistinin oğlu imiş
Tarix: 27-01-2016 | Saat: 20:22
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

“Geri çağırılan səfir xalq artistinin oğlu imiş
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İlqar Yusif oğlu Muxtarovu Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Xəbəraz.az ans press-ə istinadən xəbər verir ki, İ.Muxtarov Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəri Amaliya Pənahovanın oğludur.

Keçmiş səfir 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.

İ.Muxtarov Azərbaycan səfiri kimi eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___