Daha hansı banklar bağlana bilər?
Tarix: 27-01-2016 | Saat: 19:37
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycan Mərkəzi Bankı kiçik bankların bir-bir lisenziyalarını ləğv edir.
Mərkəzi Bank indiyə kimi, “Bank of Azerbaijan”, “Gəncə Bank”, “NBC Bank” və “Yunayted Kredit Bank” “AtraBank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını ləğv etmişdir.
Lisenziyalarının ləğv edilməsi banklar üçün gözlənilməzdir. Məsələn, bu gün səhər “AtraBank “Cash İn” xidmətini aktiv etdiyi barədə məlumat yaymışdı. NBC Bank da lisenziyanın ləğv olunması qərarının onlar üçün gözlənilməz olduğunu bildirmişdi.
Ekspertlər hesab edirlər ki, indiyə kimi banklara birləşmələri barədə dəfələrlə çağırış edilmişdi. Lakin kommersiya bankları “birləşin” tövsiyəsinə əməl etmədilər.
"Marja"nın proqnozuna görə, Azərbaycanda hələ lisenziyası ləğv oluna və ya birləşə biləcək ən azı 5 bank var:
Bank Avrasiya
Kredo Bank
Günay Bank
Deka Bank
Zamin Bank
Əlavə edək ki, Dəmir Bank və AG Bank birləşmək barədə ilkin protokol imzalayıblar.
Qeyd edək ki, Mərkəzi Bank kommersiya banklarının lisenziyalarını "məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə" ləğv edir. Qeyd edək ki, yuxarıda adı çəkilən bankların əksəriyyəti qanunvericiliyin tələblərinə məhəl qoymayaraq öz saytlarında maliyyə vəziyyətləri barədə məlumatları açıqlamırlar.
Xəbəri paylaş
1 5418 dəfə oxunub.
Digər xəbərlər

19-08-2022, 13:22
“Bioloji təbabət”in təbabətə dəxli olmayan rəhbərləri… - Avazın yaxşı gəlirdi, Elxan Yaqubov… Sakinlər Elxan Yaqubovun qanunsuz əməllərinə etiraz edir…
6-02-2018, 18:49
Yeni binalarla bağlı YENİLİK
15-05-2018, 15:04
Şəban ayının son günlərinin əməl və fəzilətləri
19-03-2016, 17:37
"Ömürlük həbs istəyirəm" - Şəhid anasının qatili - VİDEO - FOTO
7-06-2016, 17:39
“Qazprom”dan TAP mesajı: “Uzun illərdir...”
2-07-2023, 11:21
Nüşabənin arzuları gəlin qızını AĞLATDI - VİDEO
1-05-2016, 17:02
İraqda partlayış - 33 nəfər öldü
27-09-2016, 00:44
Rəy Monitorinq Mərkəzinin keçirdiyi “Exit-Poll”un nəticələri
9-05-2019, 14:32
Keçmiş arvadını sevgilisiylə tutdu: "Əxlaqsızlıq edirdi, həzm edə bilmədim" - QANLI CİNAYƏT
8-08-2023, 15:15
Azərbaycanda şok hadisə: Kişi qazdığı qəbirə düşüb öldü